Qaynar xətt:

(+99450) 247 90 86

Çin vətəndaşı azərbaycanlını öldürdü

Çin vətəndaşı azərbaycanlını öldürdü

DÜNYA

1167

10.01.2020, 14:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Moskva şəhərində azərbaycanlı öldürülüb.

REN TV-nin verdiyi xəbərə görə, hadisə paytaxtın cənub-şərq hissəsində baş verib.

Xəbərdə bildirilir ki, Marinski Park küçəsində yerləşən evlərin birinin liftinin qarşısında çox sayda bıçaq vurulmuş kişi meyiti tapılıb.

Müəyyən olunub ki, o, 53 yaşlı Azərbaycan vətəndaşıdır.

Hadisəni törədən şəxsin Çin vətəndaşı olduğu bildirilib.

Hazırda “KİA Optima” markalı avtomobili idarə edən həmin şəxs axtarışa verilib.

Hadisənin təfərrüatı araşdırılır.