9 milyonluq ölkə ABŞ-ı necə idarə edir? - Karlson
13 Aprel 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
556
08.01.2020, 14:45
“İranlı Qasım Süleymani Qüds Briqadasının komandanı idi. Qüdsü İsrailin paytaxtı elan edən ABŞ tərəfindən öldürüldü. İran 41 ildir İsrailə qarşı mübarizə aparır. Bu siyasətin əsas özəyini isə Fələstin və Qüds təşkil edir”.
Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Taha Dağlı deyib.
Ekspert qeyd edib ki, İran 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladıqdan sonra Fələstin və Qüdsə diqqəti azaltmağa başlayıb:
“İran, Qasım Süleymani, Hizbullah, Bəşər Əsəd və onlara bağlı qruplaşmalar 9 ildir Suriyada müsəlmanları qətlə yetirir. Bu dövr ərzində İsrail Qəzzaya dəfələrlə hücum etdi, amma nə İran, nə də Hizbullahın səsi çıxdı. 2014-cü ildə İsrail Qəzzaya 52 gün davam edən hücumlara başladı, amma həmin vaxt İran və Hizbullah Suriyada müsəlmanları öldürməklə məşğul idi. Kiminsə Livandan İsrailə raket atmaq ağlına gəlmədi.
İran İsrailə düşmən siması ilə illərdir Yaxın Şərqdə özünə tərəfdar yığır. Sonra Qüds Briqadası adı altında Livana, İraq, Suriyaya və Yəmənə girdi. Bu ölkələr bir neçə paytaxtı olan ölkələrə çevrildi. İranın ən böyük silahı da elə bu idi, amma girdiyi hər ölkə xarabaya çevrildi”.
Həmçinin oxuyun
Taha Dağlı Qasım Süleymaninin əli qanlı bir hərbçi olduğunu bildirib:
“Süleymani əli qanlı bir insan idi. Amma onu müsəlmanlar yox, Amerika cəzalandırdı, bunun unutmamaq lazımdır. Əlbəttə, bir müsəlman olaraq, Süleymaninin ölümünə sevinməyəcəyik, əksinə düşünməliyik. Amma maraqlıdır ki, İran Süleymaninin dirisindən 2001-ci ildə Əfqanıstanda Talibana, 2003-cü ildə İraqda Səddam Hüseynə, Suriyada sünnilərə qarşı istifadə etdi. Cənazəsini beş gün gəzdirdilər”.
Politoloq Həmas lideri İsmayıl Haniyənin İranda Qasım Süleymaninin cənazə mərasiminə qatılmasına diqqət çəkib:
“Həmas cihdaçı hərəkatı İrana çox yaxındır. Bunun ən yaxşı nümunəsi Həmasın 2011-ci ildə Suriyadan çıxmasıdır. Bu dövr ərzində Həmas İranla daha da yaxınlaşdı. Belə ki, Həmas lideri İsmayıl Haniyə Qəzzadan qiyamçı Sisinin nəzarətindəki Misirə gedərək, oradan İrana uçdu və Süleymaninin cənazəsinə qatıldı. Haniyə İranda Qasım Süleymanini “Qüds şəhidi” adlandırdı. Bu isə İran və Həmas arasındakı bağın 2011-ci ildən əvvəl qurulmasının elanı idi.
Bəli, özünə “Qüds Briqadası” adını verirsən, “İsraili xəritədən siləcəyəm” deyə barmaq silkələyirsən və birdən Qüdsü İsrailin paytaxtı elan edilənlər tərəfindən öldürülürsən. 2001-ci ildə bu yana qətlə yetirilən müsəlmanlar unudulur və fələstinli müsəlmanlar tərəfindən “Qüds şəhidi” elan edilirsən”.
23:19 / 13 Aprel 2026
7
23:09 / 13 Aprel 2026
46
22:58 / 13 Aprel 2026
36
22:52 / 13 Aprel 2026
137
22:34 / 13 Aprel 2026
235
22:32 / 13 Aprel 2026
69
22:30 / 13 Aprel 2026
217
22:08 / 13 Aprel 2026
320
22:02 / 13 Aprel 2026
64
21:51 / 13 Aprel 2026
432
21:39 / 13 Aprel 2026
68
21:35 / 13 Aprel 2026
163
21:19 / 13 Aprel 2026
78
21:18 / 13 Aprel 2026
154
21:11 / 13 Aprel 2026
109
21:07 / 13 Aprel 2026
127
20:57 / 13 Aprel 2026
70
20:43 / 13 Aprel 2026
85
20:39 / 13 Aprel 2026
76
20:36 / 13 Aprel 2026
98
20:21 / 13 Aprel 2026
278
20:19 / 13 Aprel 2026
214
20:10 / 13 Aprel 2026
1286
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.