İran bu ölkələri vuracaq -ŞOK SİYAHI
31 Oktyabr 2026, 22:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
291
11.10.2026, 21:29
Cibuti sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb.
Oxu24.com “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.
Bildirilib ki, Cibutidən Yəmənə hərəkət edən, göyərtəsində 305 nəfərin olduğu qayıq oktyabrın 8-dən 9-na keçən gecə Obok liman şəhərinin şimalındakı Quhere yaşayış məntəqəsi yaxınlığında batıb.
Hadisə nəticəsində ölənlər arasında azı 15 uşaq var. Daha 84 nəfər itkin düşmüş hesab olunur.
Məlumata görə, 82 nəfər sağ xilas edilib. Xilas olunanların hamısı Efiopiya vətəndaşlarıdır.
Beynəlxalq Miqrasiya Təşkilatının Cibutidəki nümayəndəliyinin rəhbəri Aleksandr Kuassak bildirib ki, təşkilatın əməkdaşları yerli qurumlarla birlikdə hadisə yerində zərərçəkənlərə yardım göstərirlər.
Hazırda Cibuti hakimiyyəti tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Sağ qalanlara tibbi yardım göstərilir, ölənlərin dəfn edilməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, miqrantlar Yəmən üzərindən Körfəz ölkələrinə çatmağa çalışıblar.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2025-ci ildə bu miqrasiya marşrutu üzrə 900-dən çox insan ölüb və ya itkin düşüb.
23:55 / 31 Oktyabr 2026
130
23:52 / 31 Oktyabr 2026
125
23:44 / 31 Oktyabr 2026
196
23:22 / 31 Oktyabr 2026
69
22:59 / 31 Oktyabr 2026
146
22:32 / 31 Oktyabr 2026
951
22:31 / 31 Oktyabr 2026
105
21:19 / 31 Oktyabr 2026
119
21:09 / 31 Oktyabr 2026
113
20:59 / 31 Oktyabr 2026
1101
20:51 / 31 Oktyabr 2026
190
20:46 / 31 Oktyabr 2026
107
20:37 / 31 Oktyabr 2026
106
20:33 / 31 Oktyabr 2026
152
20:25 / 31 Oktyabr 2026
92
19:58 / 31 Oktyabr 2026
316
19:44 / 31 Oktyabr 2026
103
19:37 / 31 Oktyabr 2026
94
19:29 / 31 Oktyabr 2026
766
19:28 / 31 Oktyabr 2026
189
19:26 / 31 Oktyabr 2026
228
19:20 / 31 Oktyabr 2026
102
19:20 / 31 Oktyabr 2026
1131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.