Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya ordusu Ukraynaya raket zərbələri endirib, 16 nəfər ölüb 

Rusiya ordusu Ukraynaya raket zərbələri endirib, 16 nəfər ölüb 

DÜNYA

51

07.10.2026, 18:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın Priluki şəhərində Rusiya ordusunun raket zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Oxu24.com xəbər verir ki, bu barədə Çerniqov vilayəti üzrə Ukrayna Milli Polisi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 4-ü uşaqdır.

Daha 55 nəfər yaralanıb, onlardan 7-si uşaqdır.

Məlumata görə, Rusiya raketi yaşayış binasına düşüb. Hazırda dağıntılar altında insanların axtarışı davam etdirilir.

***

11:00

Rusiya ordusu Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə raket zərbələri endirib.

Hücum nəticəsində ölənlər və yaralananlar var.

Məlumata görə, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb.

4 nəfərin öldüyü, daha 20 nəfərin yaralandığı bildirilir, onların arasında 3 uşaq da var.

Bundan başqa oktyabrın 7-də Poltava vilayətinin Kremençuq şəhərinə Rusiya ordusunun kütləvi hücumu baş verib, nəticədə yaşayış infrastrukturuna, o cümlədən çoxmənzilli binalara ziyan dəyib.

İlkin məlumata görə, 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb, xilasetmə əməliyyatı davam edir.