Qaynar xətt:

(+99450) 247 90 86

Dünyada qadınlar niyə kişilərdən az qazanır? - BMT səbəbləri açıqladı

Dünyada qadınlar niyə kişilərdən az qazanır? - BMT səbəbləri açıqladı

DÜNYA

60

05.08.2026, 10:26

Qadınlar dünya əhalisinin yarıdan çoxunu təşkil etsələr də, əmək bazarında hələ də ciddi bərabərsizliklərlə üzləşirlər.

Oxu24.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı son məlumatlara görə, qadınlar orta hesabla kişilərdən 23 faiz daha az əməkhaqqı alırlar.

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən, 2025-ci ildə qadınların yalnız 48 faizi rəsmi əmək bazarında aktiv olacaq. Kişilər arasında isə bu göstərici 73 faizə çatır. Hesabatda qeyd olunur ki, qadınlar eyni zamanda ödənişsiz ev işləri və ailə üzvlərinə qayğı yükünün 75 faizindən çoxunu öz üzərlərinə götürürlər.

Araşdırmaya görə, qadınlar rəhbər vəzifələrin təxminən 38 faizini, yüksək rəhbər vəzifələrin isə cəmi 31 faizindən bir qədər çoxunu tutur. Onların iqtisadiyyat və innovasiya baxımından strateji əhəmiyyət daşıyan sahələrdə təmsilçiliyi isə daha da aşağı səviyyədə qalır.

BMT hesab edir ki, gender bərabərliyinin təmin olunması üçün qadınların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, bərabər əməkhaqqının təmin edilməsi və rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması istiqamətində əlavə addımların atılması vacibdir.