Yeni detallar:Əməliyyatı DTX keçirir: Dünya çempionu qaçdı
24 Oktyabr 2026, 21:42
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
331
04.08.2026, 22:02
Sosial şəbəkədə paylaşdığı videoda söyüş söyən şəxs saxlanılıb.
Oxu24.com xəbər verir ki, Şərur rayon sakini 47 yaşlı Rəsul Hüseynov adı çəkilən sosial şəbəkə platformasında özünə məxsus səhifədə nalayiq ifadələr səsləndirdiyi video paylaşıb.
Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.
Bu hərəkətinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Rəsul Hüseynov bildirib ki, dostu ilə Arpaçaya gedib və dostu ona su atdığın üçün sərxoş halda söyüş söyüb. O, ilk dəfədir ki, sosial şəbəkəyə girdiyini və əməlindən peşman olduğunu deyərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə R. Hüseynov 500 manat məbləğində inzibati qaydada cərimələnib. (lent.az)
23:16 / 24 Oktyabr 2026
19
22:52 / 24 Oktyabr 2026
44
22:34 / 24 Oktyabr 2026
68
22:14 / 24 Oktyabr 2026
66
22:05 / 24 Oktyabr 2026
172
21:42 / 24 Oktyabr 2026
1040
21:28 / 24 Oktyabr 2026
75
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
77
20:52 / 24 Oktyabr 2026
80
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
736
20:12 / 24 Oktyabr 2026
87
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
90
19:09 / 24 Oktyabr 2026
115
18:55 / 24 Oktyabr 2026
87
18:40 / 24 Oktyabr 2026
99
18:27 / 24 Oktyabr 2026
97
18:20 / 24 Oktyabr 2026
332
18:13 / 24 Oktyabr 2026
402
18:07 / 24 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.