Güclü zəlzələ oldu
04 Oktyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
288
05.08.2026, 09:46
ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Archer Aviation şirkətinin hazırladığı tam elektrikli Midnight hava taksisi şəhərlərarası sınaq uçuşunu uğurla başa vurub.
Oxu24.com xəbər verir ki, Elektrikli şaquli qalxma və eniş (eVTOL) imkanına malik hava taksisi avtomobillə təxminən 35 dəqiqə çəkən marşrutu cəmi 9 dəqiqəyə qət edərək kommersiya istifadəsinə daha da yaxınlaşıb.
Sınaq uçuşu Kaliforniyadakı Salinas Bələdiyyə Hava Limanı ilə Monterey Regional Hava Limanı arasında həyata keçirilib. Pilotlu Midnight hər iki istiqamətdə uçuşunu təxminən 9 dəqiqəyə tamamlayıb. Layihə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ilə koordinasiyalı şəkildə həyata keçirilib və uçuş, eniş, eləcə də şəhərlərarası marşrut prosedurlarının sınağını əhatə edib.
Bir pilot və dörd sərnişin daşımaq üçün nəzərdə tutulan Midnight əsasən şəhərdaxili və hava limanına qısa məsafəli transferlər üçün hazırlanıb. Tam elektrik mühərrikləri sayəsində vertolyotlarla müqayisədə daha səssiz işləyən hava taksisinin məqsədi sıx nəqliyyat olan ərazilərdə səyahət vaxtını əhəmiyyətli dərəcədə azaltmaqdır.
Şirkət rəsmilərinin sözlərinə görə, hazırkı sınaqlar FAA-nın sertifikatlaşdırma prosesinin mühüm hissəsidir. Kommersiya uçuşlarına başlanmazdan əvvəl müxtəlif şəraitdə əlavə sınaqların keçirilməsi planlaşdırılır.
Archer Aviation ilk elektrikli hava taksisi xidmətini ABŞ və Birləşmiş Ərəb Əmirliklərində istifadəyə verməyi hədəfləyir. Şirkət həmçinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı hava taksisi xidmətləri təqdim etməyi planlaşdırır. Son sınaq uçuşu isə bu məqsədə doğru atılmış mühüm addım kimi qiymətləndirilir.
20:53 / 04 Oktyabr 2026
28
20:43 / 04 Oktyabr 2026
33
20:21 / 04 Oktyabr 2026
46
20:06 / 04 Oktyabr 2026
69
19:55 / 04 Oktyabr 2026
60
19:44 / 04 Oktyabr 2026
159
19:23 / 04 Oktyabr 2026
63
19:16 / 04 Oktyabr 2026
104
19:09 / 04 Oktyabr 2026
96
18:44 / 04 Oktyabr 2026
90
18:34 / 04 Oktyabr 2026
70
17:50 / 04 Oktyabr 2026
91
17:45 / 04 Oktyabr 2026
88
17:35 / 04 Oktyabr 2026
91
17:30 / 04 Oktyabr 2026
584
17:23 / 04 Oktyabr 2026
466
17:20 / 04 Oktyabr 2026
62
16:58 / 04 Oktyabr 2026
3027
16:56 / 04 Oktyabr 2026
393
16:55 / 04 Oktyabr 2026
272
16:53 / 04 Oktyabr 2026
459
16:51 / 04 Oktyabr 2026
101
16:49 / 04 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.