Qaynar xətt:

(+99450) 247 90 86

Artıq sərhədi 6 dəqiqəyə keçəcəklər: Çin və Rusiyanı birləşdirən kanat yolu hazırdır

Artıq sərhədi 6 dəqiqəyə keçəcəklər: Çin və Rusiyanı birləşdirən kanat yolu hazırdır

DÜNYA

76

04.08.2026, 09:55

Çin və Rusiyanı birbaşa birləşdirəcək ilk beynəlxalq kanat yolu layihəsində əsas tikinti işləri başa çatıb.

Oxu24.com xəbər verir ki, layihənin əsas strukturunun tamamlanması ilə sistemin istifadəyə verilməsi üçün geri sayım başlayıb.

2019-cu ildə tikintisinə başlanılan layihə Çinin Heyhe şəhəri ilə Rusiyanın Blaqoveşçensk şəhərini Heilongjiang (Amur) çayı üzərindən birləşdirəcək. İstifadəyə verildikdən sonra bu xətt iki ölkə arasında birbaşa sərnişin daşımalarını həyata keçirən ilk beynəlxalq kanat yolu olacaq.

Təxminən 970 metr uzunluğunda olan kanat yolu sərnişinlərin sərhədi cəmi 6–8 dəqiqəyə keçməsinə imkan verəcək. Bununla da mövcud avtomobil və bərə nəqliyyatına daha sürətli alternativ yaradılacaq.

Layihə çərçivəsində eyni vaxtda iki kabin fəaliyyət göstərəcək. Hər biri 110 sərnişin tutumuna malik kabinələr saniyədə 12 metr sürətlə hərəkət edə biləcək.

Rəsmilərin sözlərinə görə, sistem tam istismara verildikdən sonra hər istiqamətdə ildə təxminən 2,6 milyon sərnişinin daşınması planlaşdırılır. Layihənin iki ölkə arasında sərnişin daşımalarını sürətləndirməsi və sərhəd keçidlərini daha rahat etməsi gözlənilir.