“WhatsApp”da ödəniş dönəmi başladı
24 Avqust 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
479
15.07.2026, 20:25
Azərbaycan ilə dünyanın ən böyük iqtisadi və texnoloji güclərindən biri olan Çin Xalq Respublikası arasında çoxtərəfli əlaqələr dinamik inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin ötən il Çinə reallaşdırdığı tarixi dövlət səfəri və bu çərçivədə imzalanmış "Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə ucaldıb.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran tanınmış iqtisadçı-ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına istinad edərək, Azərbaycan-Çin iqtisadi əlaqələrinin gələcək perspektivlərini və ölkəmiz üçün açılan yeni imkanları geniş şəkildə şərh edib.
Onun sözlərinə görə, cari ilin ilk 5 ayının rəsmi gömrük statistikasına əsasən, qarşılıqlı ticarət dövriyyəsinin 1,83 milyard ABŞ dollarına çatması bu tərəfdaşlığın real miqyasını nümayiş etdirir:
“Hazırda Çin Azərbaycanın xarici ticarətində 8,81% payla 4-cü ən böyük tərəfdaşı, idxalda isə təxminən 26,15% payla birinci ölkə statusunu qoruyur. İki ölkə arasında təkcə ticarət deyil, həmçinin Orta Dəhliz vasitəsilə yükdaşımalar, müdafiə sənayesi və alternativ enerji sahəsində nəhəng investisiya layihələri uğurla icra olunmaqdadır”.
İqtisadçı bildirib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Çin Xalq Respublikası ilə iqtisadi əlaqələrin inkişaf dinamikasına xüsusi toxunması və bunu yüksək qiymətləndirməsi gələcəyə hesablanmış strateji mesajdır:
“Dövlət başçısının qeyd etdiyi kimi, ötən il Çinə reallaşdırılan dövlət səfəri və imzalanan strateji bəyanat sadəcə diplomatik addım deyil, Azərbaycan iqtisadiyyatı üçün tamamilə yeni imkanlar qapısıdır. Bu gün Çin qlobal iqtisadiyyatın və texnoloji innovasiyaların əsas hərəkətverici qüvvəsidir. Belə bir nəhənglə qurulan bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq Azərbaycanın regiondakı geoiqtisadi mövqeyini daha da sarsılmaz edir”.
Pərviz Heydərov qeyd edib ki, rəsmi statistikaya diqqət yetirsək, bu gün Çinin Azərbaycanın ən böyük idxal tərəfdaşına çevrildiyini görürük. Təkcə cari ilin yanvar–may aylarında Çindən ölkəmizə 1,78 milyard dollar dəyərində idxal həyata keçirilib ki, bu da ümumi idxalımızın təxminən 26,15%-ni təşkil edir. Müasir dövrdə gündəlik istifadə etdiyimiz telefonlar, rabitə və kommunikasiya avadanlıqları, kompüterlər, sənaye cihazları, maşın və mexanizmlər, geyim və plastik məhsullar, ən əsası isə son dövrlər ölkəmizdə böyük rəğbət qazanan elektromobillər məhz Çindən gətirilir. Bu, Azərbaycan istehlakçısının və sənayesinin ən müasir və keyfiyyətli məhsullara birbaşa çıxışını təmin edir.
İqtisadçı münasibətlərimizin sadəcə ticarətlə və mal idxalı ilə məhdudlaşmadığını xüsusilə vurğulayıb:
“Strateji Tərəfdaşlıq bəyannaməsinin imzalanmasından sonra Çin kapitallı şirkətlərin Azərbaycana marağı kəskin şəkildə artıb. Hazırda ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 370-dən çox Çin şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir və bu rəqəm sürətlə böyüyür. Çin şirkətlərinin Azərbaycana yatırdığı birbaşa investisiyaların ümumi həcminin 1 milyard ABŞ dollarına yaxınlaşması ölkəmizdəki sabit və cəlbedici investisiya mühitinin göstəricisidir. Xüsusilə müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlıq tərəfdaşlığın etibarlılıq dərəcəsinin nə qədər yüksək olduğunu bir daha sübut edir”.
“İki ölkə arasındakı ən mühüm kəsişmə nöqtələrindən biri, şübhəsiz ki, “Orta Dəhliz” layihəsidir. Çindən Azərbaycan vasitəsilə Avropaya və əks istiqamətə daşınan yüklərin həcmi hər ay rekord təzələyir. Təsadüfi deyil ki, cənab Prezident də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünü ikiqat artırmağımız barədə danışarkən, birbaşa Çindən və Mərkəzi Asiyadan gələn yeni yük axınına güvəndiyimizi açıq bəyan edib. Bu dəhliz boyunca yerləşən ölkələrlə çoxşaxəli əməkdaşlıq həm ölkəmizə milyardlarla dividend qazandıracaq, həm də Bakını qlobal tranzit mərkəzinə çevirəcək”,- deyə o bildirib.
Sonda isə iqtisadçı əlavə edib ki, Azərbaycan hazırda yaşıl enerji keçidini elan edib və bu sahədə də Çin şirkətləri ilə çiyin-çiyinə addımlayırıq. Günəş enerjisinin inkişafı üzrə irimiqyaslı layihələr, həmçinin Çin investisiyası ilə ölkəmizdə tikilməsi planlaşdırılan Günəş paneli zavodu bu sahədə həm daxili tələbatı ödəyəcək, həm də Azərbaycanı gələcəkdə bu texnologiyaların ixracatçısı edəcək:
“Bir sözlə, dünyanın gələcək iqtisadi arxitekturası Çindən asılı olduğu qədər, Çin də bu gün Azərbaycanın qeyri-neft sənayesinin və gələcəyinin qurulmasında ən etibarlı strateji tərəfdaş kimi çıxış edir”.
Çimnaz Telmanqızı
00:04 / 25 Avqust 2026
111
00:01 / 25 Avqust 2026
67
23:54 / 24 Avqust 2026
76
22:49 / 24 Avqust 2026
105
22:49 / 24 Avqust 2026
107
22:25 / 24 Avqust 2026
212
22:06 / 24 Avqust 2026
81
21:40 / 24 Avqust 2026
79
21:17 / 24 Avqust 2026
124
20:58 / 24 Avqust 2026
133
20:58 / 24 Avqust 2026
112
20:28 / 24 Avqust 2026
83
20:00 / 24 Avqust 2026
85
19:45 / 24 Avqust 2026
99
19:38 / 24 Avqust 2026
100
19:29 / 24 Avqust 2026
93
19:18 / 24 Avqust 2026
213
19:13 / 24 Avqust 2026
87
19:08 / 24 Avqust 2026
1011
19:00 / 24 Avqust 2026
79
18:59 / 24 Avqust 2026
428
18:57 / 24 Avqust 2026
99
18:51 / 24 Avqust 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.