Polşada ukraynalı kişilər üçün vəziyyət çətinləşir
14 İyul 2026, 12:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
79
14.07.2026, 12:19
"Yura Parkı" filminin ulduzu, dünyaca məşhur aktyor Sem Neillin ölümündən əvvəl sətəlcəmlə mübarizə apardığı məlum olub.
Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki,bu barədə aktyorun "Vəhşi İnsanlar Ovu" filmindəki həmkarı Rima Te Wiata açıqlama verib.
Onun sözlərinə görə, Sem Neill xərçəng xəstəliyinə qalib gəldikdən sonra sətəlcəmə tutulub. Te Wiata bildirib ki, aktyor bu vəziyyətə görə məyus idi və bunu zarafatla dilə gətirirdi.
Ailəsi isə Sem Neillin Avstraliyada 78 yaşında qəfil və gözlənilmədən vəfat etdiyini açıqlayıb. Ölüm səbəbi rəsmi olaraq açıqlanmasa da, aktyorun son illərdə limfoma xəstəliyindən müalicə aldığı, bu ilin əvvəlində isə xərçəngə qalib gəldiyi bildirilib.
Sem Neillin vəfatı dünya kino ictimaiyyətində böyük kədər doğurub. Rejissor Stiven Spilberq, aktyorlar Laura Dern, Ceff Qoldblum, Nikol Kidman və Killian Merfi onun xatirəsini ehtiramla yad edərək, Neilli istedadlı aktyor və dəyərli insan kimi xarakterizə ediblər.
Qeyd edək ki, Sem Neill 1993-cü ildə çəkilən "Yura Parkı" filmində doktor Alan Qrant obrazı ilə dünya şöhrəti qazanmışdı.
14:26 / 14 İyul 2026
1
14:23 / 14 İyul 2026
8
14:20 / 14 İyul 2026
12
14:16 / 14 İyul 2026
18
14:12 / 14 İyul 2026
21
14:08 / 14 İyul 2026
26
13:31 / 14 İyul 2026
60
13:25 / 14 İyul 2026
72
13:21 / 14 İyul 2026
61
13:11 / 14 İyul 2026
77
13:08 / 14 İyul 2026
69
13:04 / 14 İyul 2026
59
12:48 / 14 İyul 2026
1093
12:38 / 14 İyul 2026
149
12:25 / 14 İyul 2026
223
12:16 / 14 İyul 2026
61
12:14 / 14 İyul 2026
69
12:13 / 14 İyul 2026
960
12:11 / 14 İyul 2026
79
12:00 / 14 İyul 2026
69
11:54 / 14 İyul 2026
76
11:52 / 14 İyul 2026
72
11:51 / 14 İyul 2026
1321
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.