İranda əlillərə müavinətlərin ödənilməsi dayandırılıb
14 İyul 2026, 14:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
70
14.07.2026, 14:08
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı Azərbaycanın həm şimal, həm də cənub sərhədlərində sülhün tezliklə bərqərar olmasını istəməsi barədə bəyanat verib. Dövlət başçısının vurğuladığı sülhün ədalətli və beynəlxalq hüquqa əsaslanmalı olduğu fikri hazırkı mürəkkəb geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın apardığı xarici siyasət və nümayiş etdirdiyi fəlsəfə həm regionda, həm də qlobal müstəvidə sabitliyin, əmin-amanlığın təmin olunmasına hədəflənib. Ölkəmiz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edərək münaqişələrin dinc və ədalətli yolla həllinin tərəfdarı kimi çıxış edir. Bu bəyanat Azərbaycanın regionda sülh yaradıcı missiyasını və prinsipial xarici siyasət kursunu bir daha nümayiş etdirir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, ölkə başçısının çağırışları regionda və dünyada sabitliyin qorunmasına yönəlmiş strateji addımdır:"Bilirsiniz ki, 44 günlük Vətən savaşından sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana 5 təməl prinsipdən ibarət olan sülh təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs bir daha onu göstərirdi ki, baxmayaraq ki, Azərbaycan qalib dövlətdir – həm siyasi müstəvidə, həm də hərbi müstəvidə bir qalib dövlətdir, regionda sülhün, əmin-amanlığın bərqərar olunması üçün Prezident sülh çağırışını bəyan etdi”.
Onun sözlərinə görə, hər bir münaqişənin sonu sülhlə yekunlaşır. Və bu münaqişə uzun müddət davam etdikcə, həm regionda sabitlik pozulur, həm də bu münaqişədə iştirak edən dövlətlər iqtisadi cəhətdən problemlərlə üzləşirlər:“Azərbaycan Prezidentinin çağırışları sözün həqiqi mənasında sülh təşəbbüsü idi. Azərbaycan Ermənistana tranzit yüklərin daşınmasına şərait yaradır. Bu, Azərbaycanın bir daha praktiki olaraq regionda sabitliyin olmasına dəlalət edir. Həm Azərbaycan Prezidentinin apardığı siyasət və həm də Prezidentin fəlsəfəsi regionda, geosiyasi müstəvidə sülhün bərqərar olunmasına hesablanmış fəaliyyətdir”.
Azad Məsiyev vurğulayıb ki, münaqişə uzandıqca dövlətlər və həmin regionda olan ölkələr həm iqtisadi baxımdan, həm də siyasi baxımdan gərginlik altında olur:“Bildiyiniz kimi, şimalda Rusiya-Ukrayna savaşı gedir. Bu savaş dünyanın iqtisadi-siyasi sisteminə köklü şəkildə təsir edib. Dünya artıq beynəlxalq hüquqla deyil, gücün qanunu ilə tənzimlənmək tendensiyası ilə üz-üzə qalıb. O cümlədən cənubumuzda, İranla bağlı cərəyan edən hərbi-siyasi gərginliklər və əməliyyatlar da bunun bir daha sübutudur. İranda baş verən hərbi əməliyyatların nəticəsi olaraq, məsələn, Hörmüz boğazının bağlanması təhlükəsi ilə dünyada böyük iqtisadi xaos yarana bilər. Bu baxımdan, Prezidentin bəyan etdiyi sülh mövqeyi reallığı özündə əks etdirir. Münaqişələr uzandıqca dünyanın iqtisadi-siyasi sistemi kökündən pozulur və xaos yaranır. Xaos nəticəsində isə həm region dövlətləri, həm də regiondan kənar dövlətlər zərər çəkir”.
Politoloq qeyd edib ki, Azərbaycan Şimal-Cənub və Orta Dəhliz layihələrində aparıcı bir dövlətdir. Şimal-Cənub dəhlizi məhz Azərbaycan üzərindən işlək vəziyyətə gəlməlidir. Bu dəhliz vasitəsilə İran körfəzinə, oradan isə Hind okeanına çıxmaq mümkündür. Orta Dəhlizin bir qolu isə Zəngəzur üzərindən həyata keçirilə bilər. Ona görə də dünyada yaranan hərbi münaqişələr qlobal iqtisadi və siyasi sistemə mənfi təsir göstərir. Bu münaqişələr nə qədər tez aradan qalxarsa, iqtisadi sahədə də sabitlik yarana bilər:“Bu baxımdan, Prezidentin mövqeyi reallığı əks etdirir. Onun həyat fəlsəfəsi “yurdda sülh, cahanda sülh” fəlsəfəsidir. Azərbaycan qalib dövlət olmasına baxmayaraq, Ermənistana ilk sülh təşəbbüsünü irəli sürən tərəf oldu. Rusiya-Ukrayna münaqişəsinin həllində hər zaman dinc yolun tərəfdarı oldu və tərəf tutmadı. Eyni zamanda, İran məsələsində də problemlərin beynəlxalq hüquq müstəvisində həllinə tərəfdar çıxaraq neytral siyasət yürütdü. Hesab edirəm ki, dövlət başçısının bu bəyanatı ən real şəraitə uyğun olan bəyanatdır. Dünyada sülhün bərqərar edilməsi həm regional, həm də qlobal müstəvidə əmin-amanlığın yaranmasına səbəb olacaqdır”,- deyə o fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
15:11 / 14 İyul 2026
1
15:07 / 14 İyul 2026
10
15:05 / 14 İyul 2026
14
14:59 / 14 İyul 2026
33
14:39 / 14 İyul 2026
44
14:26 / 14 İyul 2026
54
14:23 / 14 İyul 2026
63
14:20 / 14 İyul 2026
50
14:16 / 14 İyul 2026
47
14:12 / 14 İyul 2026
48
13:31 / 14 İyul 2026
68
13:25 / 14 İyul 2026
86
13:21 / 14 İyul 2026
73
13:11 / 14 İyul 2026
87
13:08 / 14 İyul 2026
78
13:04 / 14 İyul 2026
73
12:48 / 14 İyul 2026
1560
12:38 / 14 İyul 2026
171
12:25 / 14 İyul 2026
274
12:19 / 14 İyul 2026
84
12:16 / 14 İyul 2026
69
12:14 / 14 İyul 2026
77
12:13 / 14 İyul 2026
1241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.