Qaynar xətt:

(+99450) 247 90 86

Britaniyada 500 min funtluq ianə qalmaqalı böyüyür

Britaniyada 500 min funtluq ianə qalmaqalı böyüyür

DÜNYA

65

10.07.2026, 13:50

Böyük Britaniyada polis, siyasətçi Nigel Farage-in müttəfiqi kimi tanınan Corc Kottrelin anası Fiona Kottrell tərəfindən Reform UK partiyasına edilən ümumilikdə 500 min funt sterlinq məbləğində ianələrlə bağlı araşdırma aparır.

Oxu24.com “The Guardian“-a istinadən verdiyi xəbərə görə, istintaq ianələrin əsl donorunu gizlətmək məqsədi daşıyıb-daşımadığını müəyyənləşdirmək məqsədi ilə başladılıb. Metropolitan Polisi bildirib ki, məsələ üzrə iki nəfər dindirilib, lakin hələlik heç kim həbs edilməyib.

Qeyd edək ki, araşdırma Seçki Komissiyasının müraciəti əsasında başlanıb və ianələrin Böyük Britaniyanın siyasi maliyyələşmə qanunvericiliyinə uyğun olub-olmaması yoxlanılır.

Nigar