İstidən ölənlərin sayı 5 mini keçdi - ŞOK RƏQƏMLƏR
09 İyul 2026, 17:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
78
09.07.2026, 16:36
Rusiya yanacaq çatışmazlığını aradan qaldırmaq üçün Belarusdan benzin idxalını kəskin artırıb.
Oxu24.com Reuters agentliyinin sənaye mənbələrinə istinadən xəbər verir ki, iyun ayında Belarusdan Rusiyaya 181 min tondan çox benzin tədarük edilib. Bu, may ayı ilə müqayisədə təxminən üç dəfə çoxdur. Cari ilin ilk altı ayında isə Belarusdan benzin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 20 dəfə artaraq 453 min tona çatıb.
Məlumata görə, eyni dövrdə Belarusdan dizel yanacağının idxalı da beş dəfə artaraq 256 min ton olub. Bundan əlavə, iyun ayında Rusiyaya 16 min tondan artıq Belarus aviasiya yanacağı da göndərilib.
Bildirilir ki, Belarus neft emalı zavodları Ukrayna dron hücumları nəticəsində istehsalı azalan Rusiya zavodlarının itirdiyi gücü qismən kompensasiya edir.
Bununla belə, ekspertlər hesab edirlər ki, Belarusdan artan yanacaq tədarükü Rusiyanın daxili bazarında yaranmış kəsiri tam aradan qaldırmaq üçün kifayət deyil. Rusiya hakimiyyətinin aylıq 400 min ton benzin idxal etməyi planlaşdırdığı, bu məqsədlə Hindistandan da yanacaq alışına başladığı qeyd olunur.
Turan
18:43 / 09 İyul 2026
1
18:17 / 09 İyul 2026
20
18:05 / 09 İyul 2026
30
17:42 / 09 İyul 2026
40
17:33 / 09 İyul 2026
58
17:30 / 09 İyul 2026
65
17:28 / 09 İyul 2026
61
17:24 / 09 İyul 2026
68
17:20 / 09 İyul 2026
76
17:13 / 09 İyul 2026
65
17:05 / 09 İyul 2026
70
16:58 / 09 İyul 2026
73
16:47 / 09 İyul 2026
76
16:32 / 09 İyul 2026
70
16:20 / 09 İyul 2026
61
16:11 / 09 İyul 2026
67
15:55 / 09 İyul 2026
83
15:52 / 09 İyul 2026
77
15:28 / 09 İyul 2026
98
15:10 / 09 İyul 2026
81
15:08 / 09 İyul 2026
90
14:56 / 09 İyul 2026
84
14:53 / 09 İyul 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.