Qaynar xətt:

(+99450) 247 90 86

İtaliyada 12 yaşlı qızın ölümü ilə bağlı Meta və TikTok ittiham olunur

İtaliyada 12 yaşlı qızın ölümü ilə bağlı Meta və TikTok ittiham olunur

DÜNYA

93

17.06.2026, 13:45

İtaliyada 12 yaşlı qızın intiharından sonra onun ailəsi “Meta” və “TikTok” şirkətlərinə qarşı məhkəmə iddiası qaldırıb.

Oxu24.com “Reuters”a istinadən xəbər verir ki, valideynlər iddia edirlər ki, qızın sosial şəbəkələrdə gizli hesablar açması və özünə zərərverici məzmunlara məruz qalması onun psixoloji vəziyyətinə ciddi təsir edib.

Ailə bildirir ki, sosial şəbəkə alqoritmləri qıza davamlı olaraq depressiv və zərərli məzmunlar təqdim edib və bu, onun vəziyyətini daha da ağırlaşdırıb.

Meta və TikTok isə ittihamları rədd edərək, yetkinlik yaşına çatmayanların qorunması üçün təhlükəsizlik tədbirlərinin görüldüyünü və zərərli məzmunların platformalardan silindiyini açıqlayıblar.

İş İtaliyada sosial şəbəkə platformalarının gənclərin psixologiyasına təsiri ilə bağlı ilk geniş hüquqi addımlardan biri kimi qiymətləndirilir və Avropada bu sahədə nəzarətin gücləndiyi bir dövrdə gündəmə gəlib.

Turan