Ağciyər xərçəngi niyə gec aşkarlanır?
07 İyul 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
473
17.06.2026, 15:26
Əllərin ovuclarında və ya barmaqların kənarlarında yaranan xırda, şəffaf maye ilə dolu qabarcıqlar, güclü qaşınma və narahatlıq bir çox insanın qarşılaşdığı dermatoloji problemlərdən biridir.
Oxu24.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu əlamətlər disgidrotik ekzema (pomfoliks) adlanan dəri xəstəliyinin göstəricisi ola bilər.
Dermatoloqlar bildirirlər ki, disgidrotik ekzema əsasən ovucların iç səthində, barmaqların yan hissələrində və bəzi hallarda ayaqaltılarda meydana çıxır. Xəstəlik ilk mərhələdə kiçik, şəffaf və içərisi maye ilə dolu qabarcıqlarla özünü göstərir. Bu qabarcıqlar intensiv qaşınma, yanğı hissi və narahatlıq yaradır. Vaxtında müalicə edilmədikdə isə dəri quruyur, qabıqlanır, çatlar əmələ gəlir və gündəlik fəaliyyəti çətinləşdirən ağrılar yarana bilər.Xəstəliyin yaranmasına müxtəlif amillər təsir göstərir. Stress və emosional gərginlik, allergik meyillilik, qıcıqlandırıcı kimyəvi maddələrlə təmas, həddindən artıq tərləmə, immun sistemində baş verən dəyişikliklər və bəzi hallarda sinir sistemi ilə bağlı problemlər disgidrotik ekzemanın yaranmasına və ya kəskinləşməsinə səbəb ola bilər.Bu xəstəliklə daha çox allergik xəstəliklərə və atopik dermatitə meyilli şəxslər üzləşirlər. Eyni zamanda peşə fəaliyyəti səbəbindən tez-tez su, dezinfeksiyaedici vasitələr və müxtəlif kimyəvi maddələrlə təmasda olan insanlar risk qrupuna daxildir. Bərbərlər, tibb işçiləri, təmizlik sahəsində çalışanlar və uzun müddət emosional stress altında olan şəxslərdə xəstəliyə daha çox rast gəlinir. Həddindən artıq tərləmədən əziyyət çəkən insanlarda da disgidrotik ekzemanın yaranma ehtimalı yüksəkdir.
Həkimlər qeyd edirlər ki, müalicə xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Yüngül hallarda dərinin düzgün qulluq edilməsi, nəmləndirici vasitələrdən istifadə və qıcıqlandırıcı amillərdən uzaq durmaq kifayət edə bilər. Daha ağır hallarda isə kortikosteroid tərkibli məlhəmlər, antiseptik məhlullar, antihistamin preparatları və bəzi hallarda göbələkəleyhinə vasitələr təyin olunur.Xəstəliyin uzunmüddətli və təkrarlanan formalarında fototerapiya, immunomodulyator müalicə üsulları və digər müasir yanaşmalardan da istifadə edilə bilər. Mütəxəssislər vurğulayırlar ki, ilk əlamətlər hiss olunan kimi dermatoloqa müraciət etmək vacibdir. Özbaşına müalicə aparmaq və ya qabarcıqları zədələmək vəziyyəti daha da ağırlaşdıra bilər.
Disgidrotik ekzema xroniki və təkrarlanmağa meyilli xəstəlik hesab olunsa da, düzgün müalicə, həyat tərzi dəyişiklikləri və profilaktik tədbirlər sayəsində xəstəliyin kəskinləşmələrinin qarşısını almaq, uzunmüddətli remissiya əldə etmək və həyat keyfiyyətini qorumaq mümkündür. Bu səbəbdən əllərdə səbəbi bilinməyən qaşınma, suluqlar və dəri dəyişiklikləri müşahidə olunduqda, vaxt itirmədən mütəxəssis məsləhəti almaq tövsiyə edilir.
Nigar
21:41 / 07 İyul 2026
35
21:07 / 07 İyul 2026
71
20:33 / 07 İyul 2026
76
20:23 / 07 İyul 2026
75
20:01 / 07 İyul 2026
72
19:57 / 07 İyul 2026
90
19:44 / 07 İyul 2026
87
19:22 / 07 İyul 2026
87
18:58 / 07 İyul 2026
99
18:26 / 07 İyul 2026
105
18:11 / 07 İyul 2026
96
17:55 / 07 İyul 2026
116
17:55 / 07 İyul 2026
95
17:40 / 07 İyul 2026
102
17:38 / 07 İyul 2026
101
17:30 / 07 İyul 2026
105
17:22 / 07 İyul 2026
106
17:18 / 07 İyul 2026
114
17:11 / 07 İyul 2026
102
17:05 / 07 İyul 2026
113
17:04 / 07 İyul 2026
104
16:47 / 07 İyul 2026
110
16:35 / 07 İyul 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.