Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ–İran razılaşması İsraili strateji çıxılmaz vəziyyətə salıb

ABŞ–İran razılaşması İsraili strateji çıxılmaz vəziyyətə salıb

DÜNYA

88

16.06.2026, 11:13

 ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra İsrailin həm hərbi, həm də siyasi baxımdan mürəkkəb vəziyyətlə üzləşdiyi bildirilir.

Oxu24.com Fransanın “Le Monde” qəzetinə istinadən xəbər verir ki,İsrail hərbi güc baxımından tarixinin ən güclü dövrünü yaşasa da, strateji məqsədlərinə çatmaqda ciddi çətinliklərlə üzləşib. Baş nazir Benyamin Netanyahunun İranla bağlı “mövcudluq təhlükəsini aradan qaldırmaq” planlarının isə Vaşinqton–Tehran razılaşması ilə zəiflədiyi bildirilir.

Təhlildə vurğulanır ki, razılaşma İsraili diplomatik baxımdan daha təcrid olunmuş, siyasi cəhətdən zəifləmiş və hərbi manevr imkanları məhdudlaşmış vəziyyətə gətirib. Keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot da vəziyyəti “qələbə və reallıq arasında uçurum” kimi xarakterizə edib.

“Le Monde” yazır ki, İsrailin əsas hədəfləri İranın nüvə proqramının zəiflədilməsi, regional təsir gücünün azaldılması və hərbi potensialının məhdudlaşdırılması idi, lakin mövcud geosiyasi proseslər bu planların tam həyata keçməsini sual altına alıb.

Jalə