Prezident həmkarını TƏBRİK ETDİ
25 Oktyabr 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
560
16.06.2026, 10:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.
Oxu24.com xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında roluna toxunulub. Bu baxımdan Corc Ceykob Kuvakadın ölkənin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olunub.
Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş edib.
Dövlət başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun ölkəyə səfərini məmnunluqla xatırladıb.
Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olunub, ölkənin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulanıb.
Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti qeyd edilib, ölkədə bu cür ikinci kilsənin inşa olunduğu bildirilib.
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa toxunulub, Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edilib.
Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövləti başçısı Roma Papası XIV Leonun ölkəyə səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim etdi.
12:44 / 25 Oktyabr 2026
80
11:19 / 25 Oktyabr 2026
69
10:45 / 25 Oktyabr 2026
99
10:34 / 25 Oktyabr 2026
774
10:30 / 25 Oktyabr 2026
75
23:16 / 24 Oktyabr 2026
251
22:52 / 24 Oktyabr 2026
217
22:34 / 24 Oktyabr 2026
183
22:14 / 24 Oktyabr 2026
119
22:05 / 24 Oktyabr 2026
521
21:42 / 24 Oktyabr 2026
2941
21:28 / 24 Oktyabr 2026
121
21:12 / 24 Oktyabr 2026
114
21:07 / 24 Oktyabr 2026
117
20:52 / 24 Oktyabr 2026
110
20:34 / 24 Oktyabr 2026
115
20:31 / 24 Oktyabr 2026
1323
20:12 / 24 Oktyabr 2026
128
20:05 / 24 Oktyabr 2026
123
19:55 / 24 Oktyabr 2026
114
19:40 / 24 Oktyabr 2026
107
19:09 / 24 Oktyabr 2026
158
18:55 / 24 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.