TƏCİLİ! Bu ölkənin prezidenti istefa verdi
27 Sentyabr 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
513
16.06.2026, 11:58
Cümə günü İran və ABŞ arasında yekun sazişə nail olunması üçün yeni danışıqlar mərhələsi başlayacaq.
Oxu24.com-un məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda akkreditə olunmuş səfirlərin, müvəqqəti işlər vəkillərinin, xarici və beynəlxalq nümayəndəlik rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə deyib.
Əraqçi xarici siyasətdəki son proseslər, o cümlədən İran və ABŞ arasında müharibənin başa çatdırılmasına dair İslamabad memorandumunun detalları barədə məlumat verib.
XİN rəhbəri bildirib ki, cümə günü İran və ABŞ arasında yekun sazişə nail olunması məqsədilə yeni danışıqlar mərhələsi başlanacaq.
O qeyd edib ki, üç ay davam edən danışıqlardan sonra tərəflər birinci mərhələni yekunlaşdıra biliblər.
Əraqçinin sözlərinə görə, birinci mərhələnin ən mühüm nəticəsi müharibənin başa çatdığının elan edilməsidir:
“Qəbul etdiyimiz qərara əsasən, Tehran vaxtı ilə bazar ertəsi səhər razılaşma yekunlaşdıqdan sonra müharibənin başa çatdığı elan olundu. Lakin memorandumun rəsmi qüvvəyə minməsi cümə günündən etibarən baş tutacaq”.
Əraqçi əlavə edib ki, müharibənin başa çatması Livanı da əhatə edəcək.
Həmçinin, rəsmi Tehranın memorandumun tərəfləri kimi bir tərəfdə ABŞ və İsraili, digər tərəfdə isə İran və Hizbullahı gördüyü vurğulanıb.
Əraqçi Livanda müharibənin başa çatmasını ümumi müharibənin dayandırılmasının ayrılmaz hissəsi hesab edildiyini deyib.
“Müharibənin sonlanması işğalın bitməsini da ehtiva edir və İsrail qüvvələri işğal etdikləri ərazilərdən geri çəkilməyənədək müharibə tam başa çatmış hesab edilə bilməz”
İranın xarici işlər naziri bəyan edib ki, bundan sonra İsrailin Livana qarşı həyata keçirəcəyi istənilən hərbi əməliyyat və Livan ərazilərinin işğalının davam etdirilməsi Tehran tərəfindən memorandumun pozulması kimi qiymətləndiriləcək.
23:31 / 27 Sentyabr 2026
1
23:24 / 27 Sentyabr 2026
19
23:06 / 27 Sentyabr 2026
39
23:02 / 27 Sentyabr 2026
92
22:58 / 27 Sentyabr 2026
42
22:55 / 27 Sentyabr 2026
42
22:37 / 27 Sentyabr 2026
456
22:03 / 27 Sentyabr 2026
61
21:49 / 27 Sentyabr 2026
365
21:30 / 27 Sentyabr 2026
197
21:29 / 27 Sentyabr 2026
58
21:12 / 27 Sentyabr 2026
96
21:06 / 27 Sentyabr 2026
57
21:00 / 27 Sentyabr 2026
145
20:59 / 27 Sentyabr 2026
68
20:47 / 27 Sentyabr 2026
213
20:38 / 27 Sentyabr 2026
76
20:30 / 27 Sentyabr 2026
59
20:06 / 27 Sentyabr 2026
295
19:57 / 27 Sentyabr 2026
62
19:46 / 27 Sentyabr 2026
137
19:40 / 27 Sentyabr 2026
452
19:37 / 27 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.