Qaynar xətt:

(+99450) 247 90 86

Pakistanda zəlzələ baş verib, ölən və yaralananlar var 

Pakistanda zəlzələ baş verib, ölən və yaralananlar var 

DÜNYA

198

26.05.2026, 23:29

Pakistanın Pəncab əyalətinin şimalındakı Celam dairəsində baş verən zəlzələ nəticəsində ən azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Oxu24.com xəbər verir ki, bu barədə "Dawn" nəşri yerli administrasiyaya istinadən məlumat yayıb.

Məlumata görə, maqnitudası 4,8 olan zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib, episentr Celamdan 58 km cənub-qərbdə olub. Hadisə nəticəsində 10 ev zədələnib.

Hadisə yerinə polis, xilasetmə xidməti və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir.

"12 yaralı tibb mərkəzinə çatdırılıb, onlardan səkkizi sonradan xəstəxanaya köçürülüb. Bir yeniyetmənin həlak olduğu üzə çıxıb", - məlumatda qeyd edilib