Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
754
26.05.2026, 23:02
“Son dövrlərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqinin azalması istiqamətində qadınların xeyrinə mühüm dəyişikliklər edilir. Əgər əvvəlki illərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqi təxminən 54 faiz təşkil edirdisə, 2025-ci ilin göstəricilərinə əsasən artıq qadınların əməkhaqqı kişilərin əməkhaqqının 67 faizinə çatıb. Hesab edirəm ki, bu, müsbət tendensiyadır”.
Oxu24.com xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin yaz sessiyasının mayın 26-da keçirilən plenar iclasında deyib.
O bildirib ki, təhsil, səhiyyə və dövlət idarəetməsi sahələrində qadınların maaşı kişilərin maaşının 86-89 faizini təşkil edir:
“Lakin bəzi sahələrdə fərq hələ də qalmaqdadır. Məsələn, tikinti sahəsində qadınların əmək haqqı kişilərin əmək haqqının 52 faizini, maliyyə sektorunda isə 56 faizini təşkil edir. Bu göstəricilər beynəlxalq praktikadan aşağıdır. Bunun obyektiv səbəbləri olsa da, məsələni yalnız obyektiv amillərlə məhdudlaşdırmaq olmaz. Qadın əməyinin dəyərləndirilməsi təkcə hüquqi və iqtisadi məsələ deyil. Bu, həm qadının, həm ailənin, həm də uşaqların rifahı və ümumi inkişaf kontekstində qiymətləndirilməlidir. Bu baxımdan qəbul olunan hökumət proqramlarının müsbət tərəflərini yüksək qiymətləndirirəm. İşgüzar mühitlə əməkdaşlıq, əmək bazarında stimullaşdırma və qadınların əmək haqqının kişilərin əmək haqqına yaxınlaşdırılması istiqamətində mühüm addımlar atılır. Digər məsələ isə Azərbaycanda qadınların pensiya yaşının 65 yaşa çatdırılmasıdır. Qadınların əmək bazarında iştirakı müəyyən fərqlərlə müşahidə olunur. Buna görə də qadınların erkən pensiyaya çıxması ilə bağlı məsələlərin gələcəkdə daha da aktuallaşacağı gözlənilir”./yenisabah/
12:32 / 11 Noyabr 2026
1
12:29 / 11 Noyabr 2026
11
12:24 / 11 Noyabr 2026
23
12:19 / 11 Noyabr 2026
43
12:15 / 11 Noyabr 2026
60
12:09 / 11 Noyabr 2026
59
11:57 / 11 Noyabr 2026
370
11:50 / 11 Noyabr 2026
95
11:49 / 11 Noyabr 2026
108
11:43 / 11 Noyabr 2026
364
11:34 / 11 Noyabr 2026
80
11:32 / 11 Noyabr 2026
132
11:28 / 11 Noyabr 2026
133
11:16 / 11 Noyabr 2026
311
11:13 / 11 Noyabr 2026
81
11:11 / 11 Noyabr 2026
117
11:06 / 11 Noyabr 2026
100
10:56 / 11 Noyabr 2026
410
10:51 / 11 Noyabr 2026
108
10:45 / 11 Noyabr 2026
114
10:33 / 11 Noyabr 2026
104
10:19 / 11 Noyabr 2026
102
10:13 / 11 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.