Qaynar xətt:

(+99450) 247 90 86

5 min nəfərlik qoşun Rusiya sərhədində: İki ölkə “hazırıq” dedi 

5 min nəfərlik qoşun Rusiya sərhədində: İki ölkə “hazırıq” dedi 

DÜNYA

80

07.05.2026, 22:10

Litva və Polşa ABŞ hərbi kontingentini qəbul etməyə hazır olduqlarını bəyan ediblər. Maraqlıdır ki, hazırda hər iki ölkə Moskvanın hədəfindədir.

 

Rusiya vaxtaşırı Baltikyanı ölkələrə və Polşaya hücum edəcəyi ilə bağlı bəyanatlar verir.

 

ABŞ kontingenti ilə bağlı açıqlama nəyə hesablanıb? Bu, həqiqətən Polşa və Litvanın mümkün hərbi aqressiyadan sığortalanmaq metodudur?

 

Oxu24.com  bildirir ki, globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı bildirib ki, Polşa və Litvanın Almaniyadan çıxarılacaq 5 min nəfərlik ABŞ qoşunlarını öz ərazilərində yerləşdirmək istəmələrinin əsas səbəbi Rusiyanın yarada biləcəyi təhlükəsizlik risklərinin qarşısını almaqdır:

 

“Rusiyanın Avropaya hücum edə biləcəyi ehtimalı yüksək olaraq qalır. Bu, genişmiqyaslı müharibə olmasa belə, təhdid yaradacaq səviyyədə olması mümkündür. Moskva ən azı Avropanın Ukraynaya dəstəyini azaltmağa məcbur etmək məqsədilə qitənin təhlükəsizliyini təhdid edəcək addımlar ata bilər. Bu ssenarilərdə ilk hədəf Rusiya ilə sərhəddə yerləşən ölkələr olacaq.

 

 

Polşa və Litvanı narahat edən əsas məqam da budur. Adı çəkilən ölkələr ABŞ qoşunlarını Rusiya qarşısında çəkindirici güc kimi görürlər. Həmçinin Rusiya təhlükəsi ilə üz-üzə qalan bu ölkələr ABŞ qoşunlarının ümumiyyətlə Avropadan çıxmasını istəmirlər. Ona görə də Almaniyadan çıxarıla biləcək qoşunlara ev sahibliyi etmək niyyətlərini açıqlayıblar”.