Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ bu ölkədən çıxdı: 12 illik hərbi missiyaya BİTDİ 

ABŞ bu ölkədən çıxdı: 12 illik hərbi missiyaya BİTDİ 

DÜNYA

70

16.04.2026, 18:19

Birləşmiş Ştatlar Yaxın Şərq regionunda yerləşən dövlətlərdən birindəki hərbi fəaliyyətini yekunlaşdırıb.

Oxu24.com xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.

Məlumata görə, Vaşinqton on ildən artıqdır Suriya ərazisində həyata keçirdiyi hərbi missiyanı başa çatdırıb. Qeyd olunub ki, ABŞ-nin sonuncu hərbi konvoyu dövlətin şimal-şərqindəki Kasrak hərbi bazasını tərk edib, bölgəyə nəzarət isə tamamilə Suriya ordusunun ixtiyarına verilib.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri İŞİD-ə qarşı əməliyyatlar aparmaq üçün ilk dəfə 2014-cü ildə Suriya ərazisinə daxil olmuşdu.

Qeyd edək ki, bundan öncə media orqanlarında Pentaqona Kuba istiqamətində əməliyyatlara başlamaq üçün hazırlıq tapşırığının verildiyi barədə xəbər yayılmışdı.\oxu.az