Münasibətdə ən sadiq iki bürc
30 Sentyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
694
16.04.2026, 18:58
Azərbaycanda pensiya sistemi həm sosial ədalət, həm də uzunmüddətli maliyyə dayanıqlığı baxımından kritik mərhələyə çatıb.
Son illərdə təqaüdçülərin sayı azalır, ölkədə doğum göstəriciləri isə kifayət qədər yüksək deyil.
Bu tendensiya sosial təminat sistemində ciddi boşluqların yaranması riskini artırır və gələcəkdə pensiya ödəmələrinin sabitliyinə təsir edə bilər.
Eyni zamanda, ömür boyu işləyib Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yığılan pensiya kapitalının böyük hissəsi vətəndaşlar üçün əlçatan deyil. Bu vəziyyət xüsusilə təqaüd yaşına çatmadan dünyasını dəyişən şəxslərin varisləri üçün problem yaradır. Vətəndaşların yığımları onların hüququdur, lakin qanunvericilik indiyədək bu vəsaitlərin ölüm sonrası vərəsələrə transferini tam təmin etmir.
Oxu24.com xəbər verir ki İqtisadçı Natiq Cəfərli də öz sosial media hesabında eyni mövzuya toxunaraq bildirib ki, təqaüdçülər üçün ən vacib məsələlərdən biri ömür boyu işləyib DSMF-yə topladıqları vəsaitə çıxışın olmamasıdır: “1994-cü ildə Azərbaycanda 1 milyon 250,9 min təqaüdçü var idi, 30 ildən sonra, 2026-cı ilin yanvarın ayının 1-nə təqaüdçülərin sayı 1 milyon 98,9 min nəfər qədər azalıb. Təqaüdçülərin sayı ilbəil azalır, paralel olaraq ölkədə doğuş sayı da kəskin azalır – ölkəmiz üçün ciddi problemlər yaranır, bu gün addımlar atılmasa, sabah gec olacaq”.
O əlavə edib ki, təqaüdçülər üçün ən vacib məsələlərdən biri topladıqları vəsaitə çıxışının olmamasıdır: “Sayları da azalır, bu boşluq mütləq aradan qaldırılmalıdır. Bu gün pensiya kapitalının həddi 46080 manatdır. Bunun özü də çoxdur, amma, insanlar var ki, 100-150 min pensiya kapitalları var, amma həmin vəsait onlar üçün əlçatan deyil. Allah uzaq eləsin, təqaüd yaşına çatmadan dünyasını dəyişənlər var, sayları çoxdur – onların varisləri niyə həmin vəsaiti ala bilməsin ki?!
Ya da tutaq ki, 40 yaşında bir insan işləyib, DSMF-yə 30 min manat yığıb. Amma həyatdır, dünyasını dəyişir, o pulun aqibəti necə olur?! Bəlkə elə övladına çatsın, bəlkə övladının, məsələn, təhsil haqqını və ya övladına ipotekanı o vəsaitdən ödəmək hüququ yaransın?! Niyə olmaz ki bu?! Xülasə, hökumət çıxıb aydın deməlidir – DSMF-yə yığılan vəsait vətəndaşındır, ya yox?! Bu vətəndaşın yığımıdır, ya vergisi?!”
00:16 / 30 Sentyabr 2026
88
00:02 / 30 Sentyabr 2026
83
23:55 / 29 Sentyabr 2026
1667
23:47 / 29 Sentyabr 2026
68
23:43 / 29 Sentyabr 2026
70
23:34 / 29 Sentyabr 2026
66
23:23 / 29 Sentyabr 2026
161
23:12 / 29 Sentyabr 2026
96
23:08 / 29 Sentyabr 2026
77
23:07 / 29 Sentyabr 2026
58
22:50 / 29 Sentyabr 2026
73
22:39 / 29 Sentyabr 2026
88
22:28 / 29 Sentyabr 2026
111
22:28 / 29 Sentyabr 2026
1073
22:24 / 29 Sentyabr 2026
224
22:09 / 29 Sentyabr 2026
67
22:09 / 29 Sentyabr 2026
259
21:58 / 29 Sentyabr 2026
426
21:45 / 29 Sentyabr 2026
73
21:36 / 29 Sentyabr 2026
104
21:26 / 29 Sentyabr 2026
75
20:56 / 29 Sentyabr 2026
560
20:53 / 29 Sentyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.