Qaynar xətt:

(+99450) 247 90 86

Duzlu göl qurudu, maraqlı hadisəni üzə çıxardı 

Duzlu göl qurudu, maraqlı hadisəni üzə çıxardı 

DÜNYA

174

06.04.2026, 23:00

ABŞ-nin qərbindəki ən vacib su mənbələrindən biri olan Yuta ştatının Böyük duz gölündə suyun səviyyəsinin aşağı düşməsi maraqlı kəşfə səbəb olub.

 Oxu24.com xəbər verir ki, qurumaqda olan duz gölünün altında şirin su ehtiyatı aşkar edilib. Bildirilir ki, 1986-cı ildən bəri qurumaq üzrə olan göl yatağında hündürlüyü 15 metrə çatan qamışlarla örtülmüş dairəvi təpələrin görünməsi elmi tədqiqatların aparılmasına səbəb olub. Ərazidə cəmləşən bu bitki örtüyü səthin altında şirin su mənbəyinin mövcudluğunu aşkar edib.

Alimlər hələ bu su anbarının ehtiyatlarını müəyyən etməsələr də, kəşf regionun su böhranı üçün dönüş nöqtəsi ola bilər. Yuta Su Ehtiyatları departamentinin məlumatına görə, ştatın şirin suya olan ehtiyacının 95%-i qar suları ilə ödənilir Metbuat.az