Yeməkdən sonra yuxunuz gəlirsə,buna diqqət etməlisiniz...
29 Sentyabr 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
754
06.04.2026, 23:58
Ağıl dişinin çəkilməsindən sonra bəzi hallarda ciddi fəsadlar yarana bilər. Mütəxəssislərin sözlərinə görə, bu prosesdən sonra irinli iltihablar, üz nahiyəsində şişkinlik və hətta asimmetriya müşahidə oluna bilər.
Oxu24.com bildirir ki, bu cür problemlər əsasən həkim tövsiyələrinə əməl olunmaması, çənə nahiyəsinin həddindən artıq qızdırılması, infeksiyanın qalması və ya mürəkkəb cərrahi müdaxilələr nəticəsində yaranır.
Bəzi hallarda isə toxumalara hava daxil olması şişkinliyə səbəb ola bilər.
Qeyd olunur ki, bu hallar müalicə olunsa da, üz nahiyəsində güclü şiş və ya deformasiya müşahidə edilərsə, dərhal həkimə müraciət etmək vacibdir. Belə vəziyyətlərdə diaqnostika aparılır, iltihab ocağı təmizlənir və uyğun dərman müalicəsi təyin edilir. Əksər hallarda bir neçə gün ərzində yaxşılaşma müşahidə olunur.
Mütəxəssislər onu da vurğulayır ki, şişkinlik hər zaman sinir zədələnməsi ilə bağlı olmur. Lakin üzün müəyyən hissəsində keyimə uzun müddət davam edərsə, bu, daha ciddi problemdən xəbər verə bilər və əlavə müayinə tələb olunur.
Bundan əlavə, dişlərin bərpası zamanı düzgün metodun seçilməsi də böyük əhəmiyyət daşıyır. Kiçik zədələnmələrdə plomblardan istifadə olunsa da, daha ciddi hallarda mikoprotezlər və ya tam örtücü taclar tətbiq edilir. Yanlış seçim isə sonradan əlavə müalicəyə ehtiyac yarada bilər.
Həkimlər erkən mərhələdə stomatoloqa müraciətin daha sadə və az xərcli müalicə ilə nəticələndiyini, gecikmiş hallarda isə daha mürəkkəb və bahalı müdaxilələrin qaçılmaz olduğunu bildirirlər./baku.ws
17:06 / 30 Sentyabr 2026
1
17:04 / 30 Sentyabr 2026
20
17:02 / 30 Sentyabr 2026
18
16:40 / 30 Sentyabr 2026
259
16:20 / 30 Sentyabr 2026
48
16:13 / 30 Sentyabr 2026
55
15:55 / 30 Sentyabr 2026
54
15:46 / 30 Sentyabr 2026
52
15:35 / 30 Sentyabr 2026
65
15:31 / 30 Sentyabr 2026
60
15:19 / 30 Sentyabr 2026
75
15:08 / 30 Sentyabr 2026
73
15:01 / 30 Sentyabr 2026
73
14:49 / 30 Sentyabr 2026
74
14:36 / 30 Sentyabr 2026
73
14:24 / 30 Sentyabr 2026
82
14:22 / 30 Sentyabr 2026
447
14:11 / 30 Sentyabr 2026
68
14:02 / 30 Sentyabr 2026
437
13:57 / 30 Sentyabr 2026
79
13:50 / 30 Sentyabr 2026
74
13:45 / 30 Sentyabr 2026
95
13:41 / 30 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.