Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
874
06.04.2026, 21:08
Azovda baş verən buğda gəmisi hadisəsi fonunda regionda taxıl təchizatı məsələsi yenidən diqqət mərkəzinə düşüb. Bu hadisənin Azərbaycanda taxıl təminatına və bazardakı qiymətlərə mümkün təsiri ilə bağlı suallar yaranır. Ölkənin buğda ilə özünü təminetmə səviyyəsi və idxaldan asılılığı mövzunu daha da aktual edir. Xüsusilə çörək məhsullarının qiymətində mümkün dəyişikliklər ictimai maraq doğurur.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirib ki, Azərbaycan özünün ərzaqlıq buğdaya olan tələbatının 95 faizini idxal hesabına təmin edir:
“Yəni biz il ərzində təxminən 1 milyon 300 min ilə 1 milyon 500 min ton arasında ərzaqlıq buğda idxal edirik və bu buğdanın əsas hissəsini Rusiyadan gətiririk, son vaxtlar isə Qazaxıstandan da idxal etməyə başlamışıq. Ümumiyyətlə, bu il buğdanın qiymətinin artacağı gözlənilir. Bu isə bir neçə amillə bağlıdır. Birincisi, son zamanlar neftin qiymətinin artması istehsalçıların xərclərini, o cümlədən buğda istehsalçılarının xərclərini artırıb. Digər tərəfdən, karbamid gübrəsinin qıtlığı onun qiymətinin yüksəlməsinə səbəb olub. Ümumilikdə, dünyada baş verən proseslər istehsal vasitələrində qıtlıq yaradıb ki, bu da məhsuldarlığın aşağı düşməsinə gətirib çıxara bilər. Məhsuldarlığın azalması isə məhsulun qiymətinin artması deməkdir”.
Ekspert bildirib ki, Azərbaycan özünü buğda ilə tam təmin edə bilmir və idxaldan asılıdır:
“Baxmayaraq ki, ölkədə təxminən 1 milyon 600 min ton buğda istehsal olunur, bunun cəmi 130 min tonu ərzaqlıqdır. Qalan hissə isə əsasən yemlik məqsədlər üçün istifadə olunur və lazımi şəkildə təmizlənmədiyi üçün birbaşa istehlak üçün yararlı deyil. Bu səbəbdən də ölkə idxaldan asılı vəziyyətdə qalır. Azərbaycana təsir məsələsinə gəldikdə isə, dünya bazarında baş verən ən kiçik qiymət artımı belə ölkəyə dərhal təsir edir”.
Ekspert deyib ki, dünya bazarında buğdanın qiyməti 1 faiz artdıqda, Azərbaycanda bu artım təxminən 5 faizə qədər yüksələ bilər:
“Bu isə idxalın əsasən müəyyən qrupların nəzarətində olması və onların daha yüksək qazanc əldə etmək məqsədilə bazara məhdud həcmdə məhsul çıxarması ilə əlaqələndirilir. Bu tendensiya hazırda da davam edir. Ümumilikdə mənzərə belədir ki, bu il Azərbaycanda daha az sahədə buğda əkini həyata keçirilib və aparılan müşahidələr məhsuldarlığın əvvəlki ildən yüksək olmayacağını göstərir. Keçən il rəsmi olaraq 33 sentner məhsuldarlıq göstərilsə də, hesablamalara görə bu göstərici təxminən 29 sentner olub. Mövcud vəziyyət bu sahədə müsbət qiymətləndirilmi”, – deyə ekspert bildirib.
16:25 / 12 Noyabr 2026
50
16:21 / 12 Noyabr 2026
60
15:55 / 12 Noyabr 2026
72
15:36 / 12 Noyabr 2026
312
15:15 / 12 Noyabr 2026
94
15:12 / 12 Noyabr 2026
77
14:15 / 12 Noyabr 2026
132
14:04 / 12 Noyabr 2026
359
13:59 / 12 Noyabr 2026
311
13:55 / 12 Noyabr 2026
116
13:45 / 12 Noyabr 2026
211
13:36 / 12 Noyabr 2026
285
13:29 / 12 Noyabr 2026
135
13:21 / 12 Noyabr 2026
153
13:20 / 12 Noyabr 2026
175
13:18 / 12 Noyabr 2026
539
13:16 / 12 Noyabr 2026
178
13:07 / 12 Noyabr 2026
471
13:04 / 12 Noyabr 2026
117
13:00 / 12 Noyabr 2026
132
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
160
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.