XİN: Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün tədbirlər görülür
06 İyun 2026, 18:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
794
06.04.2026, 19:50
Ukrayna, Türkiyə və Suriyanın ortaq maraqları nədən ibarətdir?—Üçtərəfli görüşün TƏFƏRRÜATLARI
Volodimir Zelenski bildirib ki, Dəməşq şəhərində Ukrayna, Suriya və Türkiyə arasında aprelin 5-də üçtərəfli danışıqlar keçirilib.
Görüşdə regional təhlükəsizlik, müdafiə məsələləri və İranla bağlı son hadisələr müzakirə olunub.
Tərəflər həmçinin energetika və infrastruktur sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Ukrayna, Suriya və Türkiyənin İran və təhlükəsizlik barədə ortaq məxrəci nədir?
Oxu24.com-un mövzu ilə bağlı suallarına ukraynalı politoloq Maksim Yali aydınlıq gətirir.
Politoloq bildirir ki, əgər Ukraynanın Yaxın Şərqdəki maraq və hədəfləri silah istehsalı sahəsinə investisiyaların cəlb edilməsi, təkcə Avropada deyil, həm də bizim üçün vacib olan Yaxın Şərq regionunda regional təhlükəsizlik lideri statusunun artırılmasıdır:
“Həmçinin, Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılması kontekstində də bu vacibdir. Çünki, məhz bu ölkələr dünya neft qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərirlər, neft isə Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinin əsas mənbəyidir.
Müvafiq olaraq, Ukrayna Fars körfəzində İrana qarşı hərbi əməliyyatların tezliklə dayandırılmasında maraqlıdır ki, neftin qiyməti sabitləşsin və Qlobal Cənub ölkələrinə daxil olan həmin ölkələr də Rusiyaya təzyiq göstərə bilsinlər və ya bu danışıqlarda vasitəçi olsunlar.
Onlar Ukraynanın hərbi-sənaye kompleksinə, aqrar sektoruna vəsait yatırsınlar, çünki, bu ölkələr Ukrayna kənd təsərrüfatı məhsullarının mühüm satış bazarıdır. Türkiyə Ukraynanın strateji tərəfdaşıdır, azad ticarət haqqında sazişlər imzalanıb. Təbii ki, Ukraynaya qarşı müharibə əməkdaşlığa mane olur. Türkiyə danışıqlarda vasitəçidir, məhz İstanbulda 2022-ci ilin aprelində danışıqlar aparılıb, keçən il də orada danışıqlar olub.
Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə sıx əlaqələri var, lakin o da müharibənin başa çatmasında, investisiya qoyuluşunda və Ukraynanın müharibədən sonrakı bərpasında iştirak etməkdə maraqlıdır. Bizim hərbi sahədə də böyük müqavilələrimiz var. Beləliklə, regional güc olaraq Türkiyə bizim üçün son dərəcə vacib tərəfdaşdır.
Suriya isə, uzun illər diplomatik münasibətlər kəsildikdən sonra biz yeni əlaqələr, özümüz üçün potensial yeni bazarlar açırıq - həm kənd təsərrüfatı məhsulları, həm hərbi məhsullar, həm də texnologiyalar üçün. Suriyanın da uzun illər davam edən vətəndaş müharibəsindən sonra bərpaya ehtiyacı var və bu bərpa prosesində bizim mütəxəssislər, şirkətlər iştirak edə bilər”,- deyə politoloq qeyd edib.
Çimnaz Telmanqızı
19:10 / 06 İyun 2026
1
19:03 / 06 İyun 2026
67
18:57 / 06 İyun 2026
19
18:40 / 06 İyun 2026
59
18:22 / 06 İyun 2026
63
17:54 / 06 İyun 2026
58
15:08 / 06 İyun 2026
107
15:05 / 06 İyun 2026
115
14:50 / 06 İyun 2026
232
14:44 / 06 İyun 2026
125
14:11 / 06 İyun 2026
130
13:12 / 06 İyun 2026
145
13:00 / 06 İyun 2026
130
12:55 / 06 İyun 2026
739
12:48 / 06 İyun 2026
121
12:36 / 06 İyun 2026
545
12:35 / 06 İyun 2026
122
12:20 / 06 İyun 2026
183
12:04 / 06 İyun 2026
100
11:50 / 06 İyun 2026
422
11:38 / 06 İyun 2026
953
11:31 / 06 İyun 2026
797
11:22 / 06 İyun 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.