İran Ermənistana gedən yük maşınını vurdu
01 Aprel 2026, 21:39
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
187
01.04.2026, 18:09
Birləşmiş Ərəb Əmirlikləri İran vətəndaşlarının ölkəyə girişini və tranzitini qadağan edib.
Oxu24.com xəbər verir ki, qərarın dərhal qüvvəyə mindiyi bildirilir.
Məlumata görə, qadağa yalnız turist vizalarına deyil, həm də qüvvədə olan BƏƏ yaşayış vizasına malik İran vətəndaşlarına şamil olunur. Bu şəxslərin Dubay Beynəlxalq Hava Limanı vasitəsilə ölkəyə girişinə və ya tranzit uçuşlardan istifadə etməsinə icazə verilməyəcək.
“Emirates Airlines” şirkətinin rəsmi saytında yerləşdirilən xəbərdarlıqda İran pasportu daşıyan sərnişinlərin BƏƏ-yə buraxılmayacağı qeyd olunub. Bildirilib ki, qərar həm də hazırda BƏƏ-dən kənarda olan, lakin yaşayış vizası olan İran vətəndaşlarını da əhatə edir.
Həmçinin oxuyun
Bununla bağlı BƏƏ rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazını hərbi yolla açmaq üçün yaradılan koalisiyaya qoşulmağa hazır olduğunu bəyan edib. İranın raket hücumlarından sonra bölgədə vəziyyət gərginləşib və Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn kimi ölkələrin ABŞ-la birlikdə hərbi addımlar atmağa hazırlaşdığı bildirilir.
Analitiklər hesab edir ki, Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi regionda böyük hərbi toqquşma riskini artırır və bu, qlobal neft bazarına ciddi təsir göstərə bilər.NOCOMMENT.az
22:08 / 01 Aprel 2026
16
21:54 / 01 Aprel 2026
31
21:39 / 01 Aprel 2026
39
21:36 / 01 Aprel 2026
72
21:35 / 01 Aprel 2026
44
21:29 / 01 Aprel 2026
46
21:24 / 01 Aprel 2026
42
21:20 / 01 Aprel 2026
34
21:17 / 01 Aprel 2026
38
21:14 / 01 Aprel 2026
44
21:11 / 01 Aprel 2026
47
21:10 / 01 Aprel 2026
37
21:06 / 01 Aprel 2026
39
20:59 / 01 Aprel 2026
41
20:55 / 01 Aprel 2026
38
20:50 / 01 Aprel 2026
43
20:48 / 01 Aprel 2026
47
20:43 / 01 Aprel 2026
1013
20:39 / 01 Aprel 2026
52
20:18 / 01 Aprel 2026
150
19:59 / 01 Aprel 2026
190
19:49 / 01 Aprel 2026
61
19:36 / 01 Aprel 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.