Sürücülərin diqqətinə: Bu küçədə hərəkət dəyişir
15 İyul 2026, 13:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
597
01.04.2026, 21:29
Azərbaycan iqtisadiyyatında son illərin ən aktual müzakirə mövzularından biri də yeni iş yerlərinin yaradılması və məşğulluq göstəricilərinin keyfiyyətidir.
Rəsmi statistika 2025-ci ildə on minlərlə yeni vakansiyanın yaradıldığını və işsizlik səviyyəsinin aşağı olduğunu (5-6%) göstərsə də, bu rəqəmlərin arxasındakı struktur fərqlilikləri və regional qeyri-bərabərlik ciddi suallar doğurur. Xüsusilə iş yerlərinin böyük əksəriyyətinin paytaxtda cəmləşməsi və dövlət sektorunun bu prosesdəki payının azalması yeni bir iqtisadi reallığın formalaşdığından xəbər verir.
İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı Oxu24.com-a verdiyi açıqlamada, iş yerlərinin açılma dinamikasını, xidmət sektorunun artan rolunu və regionlardakı məşğulluq vəziyyətini təhlil edərək maraqlı məqamlara toxunub. Ekspertin fikrincə, gələcəkdə əmək bazarının əsas hərəkətverici qüvvəsi məhz özəl sektor olacaq.
“Azərbaycanda müvafiq dövlət qurumunun açıqladığı statistikada 2025-ci ildə 100 mindən artıq yeni iş yeri açıldığı bildirilir.
Eynilə də rəsmi məlumatda bildirilir ki, işsizlik səviyyəsi 5-6% civarındadır. Rəsmi statistika heç də işsizliyin yüksək olduğunu göstərmir. Sadəcə olaraq rəsmi statistikada qeyd edilən rəqəmlərin reallıqda hansı formada olması isə artıq digər alternativ qiymətləndirmələr nəticəsində nəsə demək olar. Bu məsələnin birinci tərəfi.
İqtisadiyyatın hansı sahələrində iş yerlərinin açılması daha çox nəzərə çarpır sualına gəldikdə: hesab edirəm ki, iş yerlərinin açılması daha çox xidmət sektorunu əhatə edir.
Regionlar üzrə məşğulluqla bağlı qənaətbəxş olmayan əsas məsələ odur ki, hər yeni açılan 5 iş yerindən 4-ü Bakının payına düşür. Yəni, hər 100 açılan iş yerindən 80-i Bakıda açılır. Bu da Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, verilən məlumatdır.
Ümumiyyətlə, məşğulluqla bağlı ən xoşagəlməz məqam budur.
Hansı sahələrdə gələcəkdə iş yerlərinin açılmasına gəlincə: düşünürəm ki, bütün hallarda yeni iş yerləri daha çox özəl sektorda açılır. Çünki, dövlət qurumlarında yeni iş yerləri artıq açılmır, çox nadir hallarda açılır. Bu da bəzən müxtəlif struktur islahatları nəticəsində mümkün olur (birləşmələr, ayrılmalar və s.).
Amma böyük ölçüdə yeni iş yerlərini yaradan özəl sektordur. Dövlətin özəl sektora diqqəti artdıqca, özəl sektorun payı qarşıdakı dönəmdə də artacaqdır. Hesab edirəm ki, xidmət sektoru qarşıdakı dönəmdə də yeni açılan iş yerləri arasında əsas birinci yerdə qərarlaşacaqdır”,-deyə ekspert bildirib.
Çimnaz Telmanqızı
13:23 / 15 İyul 2026
1
13:21 / 15 İyul 2026
11
13:14 / 15 İyul 2026
23
13:10 / 15 İyul 2026
30
12:45 / 15 İyul 2026
50
12:30 / 15 İyul 2026
46
12:18 / 15 İyul 2026
53
12:17 / 15 İyul 2026
57
11:56 / 15 İyul 2026
65
11:51 / 15 İyul 2026
69
11:49 / 15 İyul 2026
61
11:47 / 15 İyul 2026
66
11:43 / 15 İyul 2026
56
11:42 / 15 İyul 2026
64
11:40 / 15 İyul 2026
65
11:35 / 15 İyul 2026
58
11:33 / 15 İyul 2026
62
11:26 / 15 İyul 2026
62
11:10 / 15 İyul 2026
71
11:01 / 15 İyul 2026
75
10:45 / 15 İyul 2026
578
10:43 / 15 İyul 2026
64
10:23 / 15 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.