Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF
12 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2789
01.04.2026, 20:43
"Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində yeni təkliflər irəli sürülüb. Hazırda qüvvədə olan sistemə görə, müəllim yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad olunur".
Oxu24.com-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat təklif edib ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsin:
"Bu yanaşma həm müəllimlərin üzərindəki psixoloji yükü azalda, həm də onların vaxt və resurslarına qənaət edə bilər.
Digər mühüm məsələ isə sertifikatlaşdırmanın əməkhaqqına təsiri ilə bağlıdır. Mövcud qaydalara əsasən, imtahanda yüksək nəticə göstərən müəllimlərin maaşına əlavə olunur. Belə ki, 51 və daha çox bal toplayan müəllimlərin əməkhaqqı 35%, 30–50 bal arası nəticə göstərənlərin isə 10% artırılır.
Təklif edilən dəyişikliklərə görə, qiymətləndirmə daha ədalətli və beynəlxalq təcrübəyə uyğun şəkildə qurulmalıdır. Məsələn, 80% və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqının 35% artırılması məqsədəuyğun hesab olunur. Bu isə təxminən 48 və daha çox bal toplayan müəllimləri əhatə edə bilər.
Bu dəyişikliklərin həyata keçirilməsi minlərlə müəllimin sosial rifahının yaxşılaşmasına, onların motivasiyasının artmasına və ümumilikdə təhsil sistemində keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, qiymətləndirmə sisteminin daha şəffaf və ədalətli olması müəllimlər arasında rəqabəti sağlam şəkildə təşviq edər.
Bundan əlavə, minimum əməkhaqqının ildə bir dəfə yenidən nəzərdən keçirilməsi də iqtisadi və sosial baxımdan əhəmiyyətlidir. Bu addım əhalinin gəlirlərinin inflyasiyaya uyğunlaşdırılmasına, alıcılıq qabiliyyətinin qorunmasına və ümumi iqtisadi sabitliyin təmin olunmasına xidmət edir",/baku.ws
19:36 / 12 Noyabr 2026
8
19:31 / 12 Noyabr 2026
19
19:19 / 12 Noyabr 2026
48
19:15 / 12 Noyabr 2026
50
19:09 / 12 Noyabr 2026
47
19:03 / 12 Noyabr 2026
54
18:58 / 12 Noyabr 2026
63
18:50 / 12 Noyabr 2026
64
18:42 / 12 Noyabr 2026
682
18:40 / 12 Noyabr 2026
67
18:32 / 12 Noyabr 2026
291
18:28 / 12 Noyabr 2026
70
18:26 / 12 Noyabr 2026
89
18:16 / 12 Noyabr 2026
104
18:15 / 12 Noyabr 2026
88
18:07 / 12 Noyabr 2026
95
17:53 / 12 Noyabr 2026
91
17:19 / 12 Noyabr 2026
101
16:25 / 12 Noyabr 2026
111
16:21 / 12 Noyabr 2026
128
15:55 / 12 Noyabr 2026
153
15:36 / 12 Noyabr 2026
585
15:15 / 12 Noyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.