Tehranda hərbi obyektlərin yaxınlığında yanğın baş verib
18 Fevral 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
106
18.02.2026, 23:14
Son günlər İran və ABŞ arasında mümkün razılaşma xəbərlərinin qlobal bazarlarda qızılın qiymətinə dərhal təsir göstərməsi diqqət çəkir. Bu vəziyyət geosiyasi risklərin maliyyə bazarlarına nə qədər həssas olduğunu bir daha gündəmə gətirir. Analitiklər diplomatik yumşalmanın investor davranışına və regional sabitliyə mümkün təsirlərini müzakirə edirlər. Bu prosesin dünya siyasəti və iqtisadiyyatına uzunmüddətli nəticələri xüsusi maraq doğurur.
Oxu24.com xəbər verir ki, politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ ilə Tehran arasında gərginliyin artması qlobal enerji bazarında dalğalanmalara səbəb olur və artıq bu təsir hiss olunur:
“Xüsusilə qaz bazarında ciddi qiymət dəyişiklikləri müşahidə edilir. İranın körfəz ölkələrini hədəfə alma ehtimalı, eyni zamanda ABŞ-nin özünün ehtimal qaz böhranına qarşı mayeləşdirilmiş qazı bazara çıxarma planları bu dalğalanmaları daha da gücləndirir. Ümumilikdə, ABŞ qazı daha bahalı, İran və körfəz ölkələrinin qazı isə nisbətən ucuz hesab olunur”.
Ekspert bildirib ki, belə geosiyasi gərginliklər və müharibə ehtimalları enerji bazarında hər zaman risk amili kimi qiymətləndirilir və qiymətlərə birbaşa təsir göstərir:
Həmçinin oxuyun
“Gərginlik artdıqca qiymətlər yüksəlir, tərəflər arasında yaxınlaşma və mümkün razılaşma ehtimalları yarandıqda isə risk azalır və qiymətlər aşağı düşür. Yəni müharibə ehtimalları qazın qiymətini artırır, bu ehtimallar azaldıqca isə qiymətlər enir”.
Qeyd edək ki, ABŞ ilə İran arasında mümkün yaxınlaşma geosiyasi riskləri azaldır.
00:32 / 19 Fevral 2026
3805
00:21 / 19 Fevral 2026
27
00:17 / 19 Fevral 2026
42
23:58 / 18 Fevral 2026
35
23:55 / 18 Fevral 2026
47
23:52 / 18 Fevral 2026
35
23:48 / 18 Fevral 2026
36
23:44 / 18 Fevral 2026
32
23:42 / 18 Fevral 2026
35
23:38 / 18 Fevral 2026
41
23:35 / 18 Fevral 2026
186
23:29 / 18 Fevral 2026
91
23:23 / 18 Fevral 2026
68
23:14 / 18 Fevral 2026
51
23:12 / 18 Fevral 2026
40
23:07 / 18 Fevral 2026
138
23:07 / 18 Fevral 2026
42
23:00 / 18 Fevral 2026
44
22:55 / 18 Fevral 2026
44
22:49 / 18 Fevral 2026
741
22:43 / 18 Fevral 2026
48
22:43 / 18 Fevral 2026
46
22:41 / 18 Fevral 2026
44
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.