Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan kürdlərə səsləndi: Himayədar axtarmayın!

news/2025_12_23/erdogan_cixi_1766472393.webp

DÜNYA

69

21.01.2026, 22:29

"Kürd qardaşlarımız və bacılarımız təhriklərə aldanmasınlar".

Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında deyib. 

 "Kürd qardaşlarımız bu təxribatlara aldanmamalı, heç vaxt sağlam düşüncədən əl çəkməməlidirlər", - o deyib. O, kürd əsilli vətəndaşlara heç vaxt zərər verilməsinə icazə verməyəcəklərini deyib.

 "Türkiyə Respublikası mövcud olduğu müddətcə heç kimin başqa himayədar axtarmasına və ya başqa tərəfdaşların arxasınca düşməsinə ehtiyac yoxdur", - deyə o fikrini tamamlayıb. /modern