Tayvanda qripdən bir həftədə 44 nəfər ölüb
07 Oktyabr 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
660
21.11.2025, 17:56
"The Washington Post" (WP) qəzetinin məlumatına görə, Hindistanda Rusiya neftinin ən böyük alıcısı olan "Reliance Industries" konqlomeratı 20 noyabr 2025-ci il tarixindən etibarən Rusiyadan Camnagar neft emalı zavoduna xam neft idxalını tamamilə dayandırdığını elan etdi.
Oxu24.com xəbər verir ki,məqalədə deyilir ki, 1 dekabrdan etibarən kompleks yalnız Rusiyadan kənar xam neft alacaq. Bu tədbir ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalarına uyğunlaşmaq üçün atılan bir addımdır.
"Reliance Industries" şirkətinə Hindistanın ən böyük iş adamlarından biri və Baş nazir Narendra Modinin müttəfiqi Mukeş Ambani məxsusdur.
Konqlomerat ölkənin Rusiya neftinin ən böyük alıcısı idi. 2022-ci ildə Ukraynada münaqişə başlayandan bəri şirkət təxminən 33 milyard dollar dəyərində xam neft alıb ki, bu da bütün Rusiya neft ixracatının təxminən 8%-ni təşkil edir.
Bu alış miqyası ABŞ-ın tənqidinə səbəb olub.
20 noyabrda "The New York Times" (NYT) qəzeti Hindistanın ABŞ sanksiyaları fonunda Rusiya neftinin alışını azaltdığını bildirib.
Noyabr ayında təchizat 66% azalıb və emalçılar cərimələrdən yayınmaq üçün daha ehtiyatlı davranırlar.
Hazırladı: Nigar
10:07 / 07 Oktyabr 2026
1
09:35 / 07 Oktyabr 2026
40
09:28 / 07 Oktyabr 2026
64
09:09 / 07 Oktyabr 2026
40
09:07 / 07 Oktyabr 2026
96
09:06 / 07 Oktyabr 2026
53
02:27 / 07 Oktyabr 2026
178
02:18 / 07 Oktyabr 2026
262
01:44 / 07 Oktyabr 2026
191
00:44 / 07 Oktyabr 2026
233
00:32 / 07 Oktyabr 2026
603
00:10 / 07 Oktyabr 2026
197
23:58 / 06 Oktyabr 2026
88
23:41 / 06 Oktyabr 2026
209
23:27 / 06 Oktyabr 2026
362
23:10 / 06 Oktyabr 2026
151
22:57 / 06 Oktyabr 2026
128
22:50 / 06 Oktyabr 2026
116
22:38 / 06 Oktyabr 2026
179
22:35 / 06 Oktyabr 2026
153
22:30 / 06 Oktyabr 2026
396
22:28 / 06 Oktyabr 2026
117
22:25 / 06 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.