Prezidentin təltif etdiyi Azər Məhərrəmov kimdir? - DOSYE
25 Dekabr 2025, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
30589
22.11.2025, 00:14
Nazirlər Kabinetində yaş dinamikası -ARAŞDIRMA
Nazirliklər ölkənin əsas sütunları hesab olunur.Dövlətin idarə olunması məhz bu qurumlar vasitəsi ilə həyata keçirilir.Ölkə rəhbərinin son illər bu sahədə islahatları danılmazdır.Yeni və müasir təhsilli nazirlərimiz cəmiyyət tərəfindən də maraqla qarşılanır.Azərbaycan Nazirlər Kabinetinin üzvləri arasında yaş bölgüsü diqqət çəkir. Hökumətin tərkibində həm uzunillik idarəçilik təcrübəsinə malik olan, həm də nisbətən gənc nəsli təmsil edən nazirlər fəaliyyət göstərir. Son məlumatlara əsasən, bəzi nazirliklərə daha gənc kadrların gətirilməsi ümumi dinamikanı dəyişdirsə də, kabinetdə 40–50 yaş aralığı üstünlük təşkil edir. Nazirlərin yaş göstəriciləri onların siyasi təcrübəsi, idarəçilik üslubu və islahatlara yanaşmalarında da müəyyən fərqlər yaradır.
Oxu24.com hazırkı nazirlərin yaşı və ümumi mənzərə ilə bağlı diqqətçəkən məqamları təqdim edir:
Azərbaycan Respublikasının 10-cu Baş naziri, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Hidayət oğlu Əsədov 1956-cı noyabrın 30-da Bakı şəhərində anadan olub. Hazırda 68 yaşı var. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2024-cü il fevralın 16-da Baş Nazir təyin edilib.

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Süleyman oğlu Eyvazov 1968-ci ildə iyunun 28-də Culfa rayonunda anadan olub. Hazırda 57 yaşı var. 20 iyun 2019-cu ildən daxili işlər naziri təyin edilib. Rütbəsi General-Polkovnikdir.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Eldar oğlu Əmrullayev 1982-ci il dekabrın 30-da Bakı şəhərində anadan olub. Hazırda 43 yaşı var. 27 iyul 2020-ci ildən vəzifəyə təyin edilib.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin İsağa oğlu Quliyev 1967-ci ildə sentyabrın 22-də Sumqayıt şəhərində anadan olub. Hazırda 58 yaşı var. Rütbəsi General-Polkovnikdir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov 1961-ci ildə iyulun 15-də Naxçıvanda anadan olub. Hazırda 64 yaşı var. Həmçinin, bəstəkardır. Əsərlərini "Kamal" təxəllüsü ilə yazır.
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Turab oğlu Əhmədov 1979–cu ildə iyulun 14-də Bakı şəhərində anadan olub. Hazırda 46 yaşı var. Eyni zamanda hüquq elmləri üzrə fəlsəfə doktorudur. 2024-cü il fevralın 27-dən Ədliyyə naziri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə iyunun 25-də Bakı şəhərində anadan olub. Hazırda 52 yaşı var. 2020-ci il 16 iyun tarixindən xarici işlər naziri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Rəhim oğlu Əliyev 1980-ci ildə avqustun 24-də Bakı şəhərində anadan olub. Hazırda 45 yaşı var. 2025-ci il 7 fevral tarixindən vəzifəyə təyin edilib.
Həmçinin oxuyun
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Qadir oğlu Məmmədov 1983-cü ildə sentyabrın 15-də Zəngilan rayonunda anadan olub. Hazırda 42 yaşı var. 14 aprel 2023-cü ildən vəzifəyə təyin edilib.
Azərbaycan Respublikasının müdafiə naziri Zakir Əsgər oğlu Həsənov 1959-cu ildə iyunun 6-da Astara rayonunda anadan olub. 66 yaşı var. 1980-ci ildən xidmətdədir.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı ildə sentyabrın 19-da Bakı şəhərində anadan olub. Hazırda 49 yaşı var.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Qabil oğlu Kərimli 1979-cu ildə 22 oktyabrda Bakı şəhərində anadan olub. Hazırda 46 yaşı var. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Yusif oğlu Musayev 1970-ci ildə sentyabrın 16-da Bakı şəhərində anadan olub. Hazırda 55 yaşı var. Həmçinin Elmlər namizədidir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyev 1977-ci ildə Sumqayıt şəhərində anadan olub.Hazırda 48 yaşı var. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edilib.
.Azərbaycan Respublikasının Energetika naziri Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Energetika naziri təyin edilib.Azərbaycan, rus, ingilis və alman dillərində sərbəst danışır.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.
İdman naziri Fərid Fazil oğlu Qayıbov 1979-cu ilin aprelin 24-də Bakıda anadan olub. 1995-сi ildə Bakı şəhəri 1 saylı orta məktəbini bitirib.
Prezident İlham Əliyevin 2021-ci il 7 sentyabrda imzaladığı sərəncamla Fərid Fazil oğlu Qayıbov Gənclər və İdman naziri təyin edilib. 2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.
Azərbaycan Respublikasının maliyyə naziri – Sahil Rafiq oğlu Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur. 2025-ci ilin fevralından bu vəzifəni tutur.
Araşdırmamız göstərir ki, nazirlərin yaş göstəriciləri yalnız statistik rəqəm deyil, həm də dövlət idarəçiliyində müxtəlif düşüncə tərzlərinin formalaşmasına təsir edən mühüm amildir.
Çimnaz Telmanqızı
17:28 / 25 Dekabr 2025
1
17:27 / 25 Dekabr 2025
8
17:25 / 25 Dekabr 2025
9
16:57 / 25 Dekabr 2025
58
16:54 / 25 Dekabr 2025
24
16:45 / 25 Dekabr 2025
125
16:42 / 25 Dekabr 2025
32
16:33 / 25 Dekabr 2025
131
16:22 / 25 Dekabr 2025
35
16:20 / 25 Dekabr 2025
40
16:08 / 25 Dekabr 2025
240
16:02 / 25 Dekabr 2025
41
16:00 / 25 Dekabr 2025
3089
15:58 / 25 Dekabr 2025
645
15:53 / 25 Dekabr 2025
851
15:48 / 25 Dekabr 2025
72
15:28 / 25 Dekabr 2025
1172
15:16 / 25 Dekabr 2025
61
14:53 / 25 Dekabr 2025
50
14:47 / 25 Dekabr 2025
47
14:44 / 25 Dekabr 2025
54
14:36 / 25 Dekabr 2025
62
14:30 / 25 Dekabr 2025
50
14:23 / 25 Dekabr 2025
53
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.