Zelenskinin atəşkəsdən xəbəri yox imiş...
11 Oktyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
649
01.10.2025, 14:11
Türkiyənin TRT kanalının Qəzzadakı müstəqil jurnalisti Yahia Barzaq ötən gün İsrailin hücumları nəticəsində həlak olub.
Medianın İnkişafı Agentliyi jurnalistin həlak olması ilə bağlı TRT-yə başsağlığı verib.
Bildirilib ki, MEDİA Qəzzada peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalist Yahia Barzaqın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
***
Mətbuat Şurası Qəzza zolağında həlak olan Türkiyənin TRT telekanalının əməkdaşı Yahia Barzaqla bağlı başsağlığı yayıb.
Bildirilib ki, Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yahia Barzaqın həlak olması böyük faciədir: “Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.
Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Barzaq da məhz həmin acizliyin növbəti qurbanıdır. Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Y.Barzaqın Qəzzada həyatını itirməsindən dərin kədər hislərini ifadə edərkən, dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər”.
20:56 / 11 Oktyabr 2026
1
20:36 / 11 Oktyabr 2026
90
20:26 / 11 Oktyabr 2026
54
20:15 / 11 Oktyabr 2026
159
20:09 / 11 Oktyabr 2026
331
20:03 / 11 Oktyabr 2026
69
19:47 / 11 Oktyabr 2026
178
19:29 / 11 Oktyabr 2026
201
19:23 / 11 Oktyabr 2026
205
19:12 / 11 Oktyabr 2026
149
19:12 / 11 Oktyabr 2026
102
19:05 / 11 Oktyabr 2026
168
18:52 / 11 Oktyabr 2026
5997
18:46 / 11 Oktyabr 2026
105
18:37 / 11 Oktyabr 2026
77
18:13 / 11 Oktyabr 2026
166
18:08 / 11 Oktyabr 2026
88
17:57 / 11 Oktyabr 2026
87
17:52 / 11 Oktyabr 2026
127
17:40 / 11 Oktyabr 2026
81
17:28 / 11 Oktyabr 2026
83
17:24 / 11 Oktyabr 2026
126
17:10 / 11 Oktyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.