Hindistan Hava Qüvvələrinə məxsus “Antonov An-32” hərbi nəqliyyat təyyarəsi Çin sərhədinə yaxın ərazidə radarlardan itib.
Oxu24.com Anadolu agentliyinə istinadən xəbər verir ki, radarlardan itən laynerin göyərtəsində 8 heyət üzvü və 5 sərnişin olub.
Məlumata görə, Hindistanın Assam əyalətindən havaya qalxan təyyarə, Arunaşal Pradeş vilayəti istiqamətində uçurmuş.
Laynerin qəzaya uğradığı bildirilir. Təyyarənin radarlardan itdiyi əraziyə xilasedicilər cəlb edilib.
Oxu24.com
ŞƏRHLƏR