Bu, İsrail üçün böyük rüsvayçılıqdır - Qusman
15 Oktyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
571
04.09.2025, 15:10
Rumıniya hakimiyyəti Ukraynaya silah tədarükü üçün əsas logistika mərkəzinə çevriləcək Mixail Koqalniçanu bazasında NATO qoşunlarının sayını artırmaq niyyətindədir.
Oxu24.com xəbər verir ki, bu barədə “Digi24” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Konstansadakı hərbi baza NATO-nun Avropadakı əsas strateji obyektlərindən birinə çevrilə bilər.
Digi24 mənbələri qeyd edir ki, burada yerləşdirilən hərbçilərin sayı ilkin planlardan çox ola bilər - artıq planlaşdırılan 10 minə müvəqqəti olaraq daha 10 min nəfər əlavə oluna bilər.
Xəbər verildiyi kimi, bazada raketlərin, döyüş sursatlarının və zirehli texnikanın saxlanması planlaşdırılır ki, onlar daha sonra təhlükəsiz marşrutlar üzrə Kiyevə çatdırılacaq. Beləliklə, bu obyekt Ukrayna ordusunun maddi-texniki təminatı sistemində mühüm həlqə olacaq, telekanal vurğulayır.
Mixail Koqalniçeanu bazasının modernləşdirilməsi layihəsi Rumıniya ordusunun tarixində ən böyük və ən bahalı layihələrdən biri hesab olunur - onun dəyəri 2,5 milyard avro dəyərində qiymətləndirilir. Rumıniya hakimiyyəti Avropa Komissiyasının vəsaitlərindən təxminən 400 milyon avro almağı gözləyir.
Digi24 qeyd edir ki, işlər vaxtında tamamlanarsa, 2040-cı ilə qədər baza Almaniyanın Ramşteynini ötərək Avropanın ən böyük bazasına çevriləcək.
Bundan əlavə, Rumıniya Ukrayna hərbçilərinin hazırlanmasında fəal iştirak edir. Feteşti aviabazasında Ukrayna, Rumıniya və NATO pilotlarının təhsil aldığı Avropa F-16 təlim mərkəzi yerləşir.
Nigar
11:16 / 15 Oktyabr 2026
15
11:14 / 15 Oktyabr 2026
1
11:04 / 15 Oktyabr 2026
41
11:00 / 15 Oktyabr 2026
41
10:57 / 15 Oktyabr 2026
48
10:52 / 15 Oktyabr 2026
63
10:45 / 15 Oktyabr 2026
46
10:42 / 15 Oktyabr 2026
61
10:40 / 15 Oktyabr 2026
71
10:35 / 15 Oktyabr 2026
62
10:26 / 15 Oktyabr 2026
58
10:24 / 15 Oktyabr 2026
575
10:09 / 15 Oktyabr 2026
68
10:05 / 15 Oktyabr 2026
53
09:56 / 15 Oktyabr 2026
80
09:50 / 15 Oktyabr 2026
97
09:50 / 15 Oktyabr 2026
59
09:45 / 15 Oktyabr 2026
59
09:35 / 15 Oktyabr 2026
670
09:25 / 15 Oktyabr 2026
70
09:22 / 15 Oktyabr 2026
99
09:18 / 15 Oktyabr 2026
77
09:13 / 15 Oktyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.