Zibil qablarının dayanacağın yanına qoyulması narazılığa səbəb olub - VİDEO
16 Noyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
45
16.11.2026, 21:52
Son dövrlər insanların sağlamlıq problemləri ilə bağlı süni intellekt platformalarına müraciət etməsi və əldə etdikləri məlumatlar əsasında özlərinə müalicə təyin etməsi ciddi risklər yaradır. Xüsusilə həkim müayinəsi olmadan dərman qəbul etmək və müxtəlif reseptlərə əsaslanmaq sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola bilər.
Oxu24.com-un məlumatına görə, bunu professor Adil Qeybulla vətəndaşların aptek əməkdaşlarının və süni intellektin məsləhəti ilə müalicə olunmasının risklərini şərh edərkən bildirib.
Professorun sözlərinə görə, süni intellektin tibbi diaqnostika və müalicə sahəsində imkanları hələ tam təkmilləşməyib. Bu platformalar ümumi məlumat bazaları əsasında işləyir və təqdim etdikləri diaqnoz və müalicə variantları konkret tibbi müayinəni əvəz edə bilməz.
Adil Qeybulla vurğulayıb ki, süni intellektin təqdim etdiyi məlumatlar müəyyən ehtimallara əsaslanır:
"Buna görə də xəstəliyin düzgün müəyyənləşdirilməsi və müalicə üsulunun seçilməsində həkim müdaxiləsi vacibdir. müalicə təyin etmək səlahiyyəti tibbi mütəxəssislərə məxsusdur.
COVID-19 pandemiyası dövründə də bəzi səhvlərə yol verilmişdi. Həmin vaxt insanlar arasında antibiotiklərin əsassız və həddindən artıq istifadəsi geniş yayılmışdı. Bir çoxları həkimə müraciət etmək əvəzinə qonşularının, tanışlarının məsləhəti və ya müxtəlif mənbələrdən əldə etdikləri reseptlər əsasında müalicə olunmağa çalışırdılar".
İnfeksionist hesab edir ki, bu cür yanaşmanın mənfi nəticələri artıq özünü göstərib. O, vətəndaşlara sağlamlıqları ilə bağlı qərarları süni intellektin, aptek əməkdaşlarının və ya qeyri-peşəkar şəxslərin məsləhəti əsasında deyil, həkim müayinəsindən sonra verməyi tövsiyə edib.
21:59 / 16 Noyabr 2026
19
21:46 / 16 Noyabr 2026
45
21:35 / 16 Noyabr 2026
74
21:30 / 16 Noyabr 2026
640
21:24 / 16 Noyabr 2026
58
21:16 / 16 Noyabr 2026
66
21:01 / 16 Noyabr 2026
103
20:56 / 16 Noyabr 2026
85
20:54 / 16 Noyabr 2026
86
20:52 / 16 Noyabr 2026
141
20:46 / 16 Noyabr 2026
86
20:44 / 16 Noyabr 2026
517
20:34 / 16 Noyabr 2026
89
20:30 / 16 Noyabr 2026
81
20:19 / 16 Noyabr 2026
82
20:13 / 16 Noyabr 2026
145
20:07 / 16 Noyabr 2026
835
20:00 / 16 Noyabr 2026
158
19:55 / 16 Noyabr 2026
104
19:47 / 16 Noyabr 2026
102
19:40 / 16 Noyabr 2026
116
19:28 / 16 Noyabr 2026
110
19:18 / 16 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.