Qaynar xətt:

(+99450) 247 90 86

Saat 22:00-dan sonra alış-veriş edənlərə XƏBƏRDARLIQ!

Saat 22:00-dan sonra alış-veriş edənlərə XƏBƏRDARLIQ!

CƏMİYYƏT

38

16.11.2026, 22:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlər onlayn ticarət platformalarında saat 22:00-dan sonra tətbiq edilən "gecə endirimləri" alıcılar arasında kütləvi alış-veriş həvəsi yaradıb. Lakin mütəxəssislər hesab edir ki, bu cür kampaniyalar real güzəştdən daha çox, istehlakçılarda süni tələskənlik yaradaraq onları impulsiv xərclərə sövq edən marketinq taktikasıdır.

Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a iqtisadçı Günay Hüseynova açıqlama verib.

Onun sözlərinə görə, ilk növbədə onu qeyd edək ki, onlayn ticarətdə tətbiq olunan “gecə ovu” kampaniyalarının əsas məqsədi alıcılar arasında süni tələskənlik və panika yaradaraq satışı artırmaq, başqa sözlə desək, istehlakçını öz “toruna” salmaqdır: