Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ bombardmançıları İran sərhədlərində HAVAYA QALXDI: müharibə başlayır?

ABŞ bombardmançıları İran sərhədlərində HAVAYA QALXDI: müharibə başlayır?

DÜNYA

813

03.06.2019, 10:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  ABŞ-ın İrana qarşı Yaxın Şərqə göndərdiyi “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə nüvə potensiallı 4 ədəd B-52 bombardmançı təyyarələri Bəsrə körfəzində təlimlər keçirib.
Oxu24.com  xəbər verir ki, bu barədə “Associated Press” informasiya yayıb.
Məlumata görə, hava hücumu simulyasiyalı təlimlərdə “F/A-18 Super Hornet” tipli döyüş təyyarələri, “MH-60 Sea Hawk” helikopterləri və uçuş nəzarət aparatları iştirak edib. Qeyd edək ki, ABŞ donanmasının sözügedən qüvvələri mayın əvvəllərində körfəzə göndərilib. Bunun ardınca isə “Patriot” hava hücumundan müdafiə sistemləri və “USS Arlington” hərbi nəqliyyat gəmisi də bölgəyə yollanıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu addımın İranın ABŞ qüvvələrinə və maraqlarına qarşı hər hansı hücumun qarşısını almaq məqsədilə atıldığını açıqlayıb.