Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-da terror: 12 ölü, xeyli yaralı var

2019-06/1559368032_dbcbef0d-b6f7-402a-973b-0d7f683acd76.jpg

DÜNYA

716

01.06.2019, 09:46

  ABŞ-ın kurort şəhəri Virciniya-Biç şəhərində baş vermiş atışma zamanı ölənlərin sayı 12 nəfərə çatıb.
Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Cim Server bildirib. "Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü", - deyə Server bildirib. O, qeyd edib ki, yaralılardan 4-ü hazırda xəstəxananın cərrahi əməliyyat stolundadır. Polisin son məlumatına görə, bələdiyyə binasında atəşi yerli özünü idarəetmə orqanının yüksək təcrübəli işçisi açıb. Hadisəni törədən öldürülüb.