Ukraynadan ŞOK ADDIM: Trampın bu təklifi rədd edildi
13 Dekabr 2025, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
220
22.05.2025, 09:20
Kanadanın Qərb Universitetində aparılan yeni araşdırma havanın çirkliliyi ilə nevroloji sağlamlıq arasında narahatedici bir əlaqəni üzə çıxarıb.
Alimlərin gəldiyi nəticələrə görə, uzun müddət çirkli hava ilə təmasda qalmaq böyüklərdə epilepsiya riskini artırır. Bu barədə tədqiqat "Epilepsia" elmi jurnalında dərc olunub.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar altı il ərzində Ontarioda qeydə alınmış 24 minə yaxın yeni epilepsiya halını təhlil ediblər. Analizlər göstərib ki, havada mövcud olan kiçik hissəciklərin yüksək miqdarda olması bu xəstəliyin yaranma ehtimalını 5,5 %, ozon qazına məruz qalmaq isə riski 9,6 % artırır.
Epilepsiya dünyada ən geniş yayılmış nevroloji pozuntulardan biri sayılır və hər 1000 nəfərdən təxminən altısı bu xəstəlikdən əziyyət çəkir. Xüsusilə narahatedici məqam isə budur ki, xəstələrin təxminən üçdə biri mövcud qıcolma əleyhinə dərmanlara müsbət cavab vermir.
Həmçinin oxuyun
Alimlər hesab edirlər ki, bu nəticələr ekoloji siyasətin formalaşdırılmasına təkan verəcək və çirklənmənin yüksək olduğu bölgələrdə səhiyyə xidmətlərinin daha məqsədyönlü şəkildə qurulmasına kömək edəcək. Tədqiqatçılar növbəti mərhələdə meşə yanğınlarının insanların nevroloji sağlamlığına təsirini araşdırmağı planlaşdırırlar.
01:21 / 14 Dekabr 2025
102
00:52 / 14 Dekabr 2025
189
00:43 / 14 Dekabr 2025
65
00:04 / 14 Dekabr 2025
86
23:47 / 13 Dekabr 2025
654
23:44 / 13 Dekabr 2025
37
23:30 / 13 Dekabr 2025
49
22:45 / 13 Dekabr 2025
297
22:30 / 13 Dekabr 2025
93
22:28 / 13 Dekabr 2025
106
22:22 / 13 Dekabr 2025
116
22:11 / 13 Dekabr 2025
234
21:58 / 13 Dekabr 2025
389
21:34 / 13 Dekabr 2025
1028
21:21 / 13 Dekabr 2025
81
21:19 / 13 Dekabr 2025
108
21:15 / 13 Dekabr 2025
77
21:02 / 13 Dekabr 2025
72
20:49 / 13 Dekabr 2025
374
20:44 / 13 Dekabr 2025
93
20:36 / 13 Dekabr 2025
83
20:26 / 13 Dekabr 2025
78
20:01 / 13 Dekabr 2025
285
19:53 / 13 Dekabr 2025
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.