Qaynar xətt:

(+99450) 247 90 86

BMT baş katibinin ofisi Rusiya və Ukrayna arasında aparılan danışıqlara münasibət bildirib

DÜNYA

197

16.05.2025, 19:05

  • Birləşmiş Millətlər Təşkilatı (BMT) Moskva ilə Kiyev arasında sülhün bərqərar olmasına yönəlmiş istənilən təşəbbüsləri müsbət qiymətləndirir.
  • Oxu24.com  xəbər verir  ki, bunu RİA Novosti-yə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq son Rusiya-Ukrayna danışıqlarını şərh edərkən deyib.
  • “Biz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, Baş Assambleya və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülhə nail olmaq üçün göstərilən bütün səyləri alqışlayırıq”, - deyə Farhan Haq bildirib.
  • Mayın 16-da İstanbulda Moskva və Kiyev nümayəndələri arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar baş tutub.
  • Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiya tərəfi görüşün nəticələrindən “məmnun qalıb”.
  • Mayın 11-də gecə çıxışında Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Onun sözlərinə görə, mümkün dialoqun əsas məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq və uzunmüddətli sülhə nail olmaq olacaq. Putin əlavə edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş mayın 15-də İstanbulda baş tuta bilər.
  • Bundan əvvəl Ukrayna Rusiya ilə danışıqların yeni mərhələsinin mövzusunu tezliklə açıqlayacağını açıqlamışdı.

Nigar