Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
300
14.05.2025, 19:20
Yaxın Şərq turu çərçivəsində Qətərə səfər edən ABŞ Prezidenti Donald Tramp Qatar Airways-in Amerika təyyarə istehsal edən şirkət Boeing ilə 160 təyyarə üçün 200 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.
Oxu24.com xəbər verir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə Tramp arasında Dohada keçirilən ikitərəfli görüşdən sonra tərəflər arasında müdafiə və aviasiya kimi bir çox sahədə ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb.
Qətər Əmiri Əl Tani imzalanma mərasimindən sonra çıxışında deyib: "Prezident Trampla təxminən iki saat ərzində xoş görüş keçirdik. Görüş zamanı ikitərəfli əlaqələrlə yanaşı, regiondakı vəziyyətlə bağlı bir çox məsələləri müzakirə etdik. Bu müqavilələri imzaladıqdan sonra ABŞ və Qətər arasındakı əlaqələri yeni səviyyəyə qaldırdıq. Bu tarixi səfərə görə prezident Trampa bir daha təşəkkür etmək istəyirəm".
ABŞ prezidenti Donald Tramp da Əl Tani ilə apardıqları ikitərəfli danışıqlarda "Rusiya, Ukrayna və dünya ilə bağlı bir çox mövzunu müzakirə etdiklərini" ifadə edərək, "Çox maraqlı bir vəziyyətin yaşandığı İranı müzakirə etdik. Düşünürəm ki, bunun sonu yaxşı olacaq. Bir şəkildə yaxşı bitməlidir. Çox faydalı oldunuz",-deyə qeyd edib.
Qatar Airways və Amerika təyyarə istehsal edən şirkət Boeing ilə imzalanan təyyarə alqı-satqısı müqaviləsinə toxunan Tramp, Qətərin Boeing-dən 160 təyyarə almaq üçün 200 milyard dollar dəyərində müqavilə imzaladığını və bunun “Boeing tarixindəki ən böyük müqavilə” olduğunu bildirib.
Tramp ABŞ döyüş təyyarələrinin sabah nümayiş keçirəcəyini paylaşıb və Qətər əmirinə "dostluğuna" görə təşəkkür edib.
Nigar
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.