Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
673
14.05.2025, 17:25
Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı maraqlı hal yaşanıb.Yerli kanallar Donald Trampın bu hərəkətini gizlətmək üçün süni intelekktdən istifadə etməli olublar.
Ağ Ev rəhbərinin Səudiyyə Ərəbistanına səfəri münasibətilə kral sarayında qarşılanma mərasimi keçirilib. Tədbir zamanı ənənəvi ərəb qəhvəsi – ərəb mədəniyyətində qonaqpərvərliyi simvolizə edən ədviyyatlı içki olan qəhvə təklif olunub.
Oxu24.com xəbər verir ki, Tramp onu içməkdən imtina edib. Bu barədə Rusiyanın Gazeta.ru saytı məlumat yayıb.
Yerli adətlərə görə bu, dərin hörmətsizlik əlaməti hesab olunur.
Nəticədə telekanalın jurnalistləri Trampın əslində qəhvə içdiyi görüntüsünü yaradan neyron şəbəkədən istifadə etmək qərarına gəliblər və videonu yayımlayıblar.
Ərəb telekanalları görünütü bu formada montaj etməli olublar.Trampın ərəb qəhvəsini içməməsi cəmiyyətdə hörmətsizlik kimi qəbul oluna bilərdi.
Süni intellekt öz işini yaxşı yerinə yetirməsinə baxmayaraq, bəzi çatışmazlıqlar görünüb. Məsələn, kresloların qoltuqaltılarının çərçivəsi fərqlidir. Həmçinin şahzadənin sağında oturan adam da dəyişib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 13-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada rəsmi səfərə gedib. Bu, onun Yaxın Şərqə dörd günlük turnesinin başlanğıcı oldu. Amerika lideri Suriya administrasiyasının yeni rəhbəri Əhməd əl-Şara ilə də dialoq aparıb. Liderlər ikitərəfli münasibətlər və regional sabitliyin əsas məsələlərini müzakirə ediblər.
Bundan əvvəl Tramp Papa Fransisklə vida mərasimində geyim qaydalarını pozmaqda günahlandırılmışdı, çünki Amerika lideri Vatikanda xidmətə qara deyil, mavi kostyumda gəlmişdi. Eyni zamanda, ABŞ-ın birinci xanımı Melaniya qara paltar geyinib və qara duvaq geyinmişdi. Cütlük vida mərasimindən dərhal sonra tədbirin bitməsini gözləmədən mərasimi tərk etmişdi.
Nigar
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.