Ukrayna Samarada neft emalı zavodunu vurub
22 Avqust 2026, 13:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
497
10.04.2025, 20:46
Məşhur firmanın ət məhsullarında ölümcül bakteriya aşkarlanıb.
Oxu24.com xəbər verir ki, Türkiyənin Təsərrüfat və Meşə Nazirliyi insanların sağlamlığını təhlükəyə atan qida məhsullarına qarşı yoxlamalar aparır və bu çərçivədə aparılan araşdırmaların nəticəsi olaraq Türkiyənin ən böyük ət istehsalçılarından biri olan Şenpiliç firmasının "Annemin Köftesi Piliç Kasap Köfte" məhsulunda ölümcül bakteriya aşkarlanıb.
Nazirlik əməkdaşlarının adıçəkilən məhsuldan götürdüyü nümunələr laboratoriyada araşdırıldıqda insan sağlamlığı üçün təhlükəli sayılan "Listeria monocytogenes" bakteriyasına rast gəlinib və məhsulun satışdan yığışdırılması üçün göstəriş verilib.
Qeyd edək ki, "listeria monocytogenes" - insanlara qida yolu ilə keçən, ciddi infeksiyalara səbəb ola bilən təhlükəli bakteriyadır. Xüsusilə az bişmiş ət, pasterizə olunmamış süd məhsulları və soyudulmuş hazır yeməklərdə tapıla bilər. Soyuqda belə çoxalma qabiliyyəti var. Ən çox hamilə qadınlar, körpələr, yaşlılar və immun sistemi zəif olanlar risk altındadır. Yoluxma qızdırma, ürəkbulanma, əzələ ağrıları ilə başlayır, ağır hallarda menenjit və ölümə səbəb ola bilər. Qorunmaq üçün qidalar tam bişirilməli, təmizliyə diqqət yetirilməlidir
13:36 / 22 Avqust 2026
70
13:34 / 22 Avqust 2026
21
13:31 / 22 Avqust 2026
25
12:55 / 22 Avqust 2026
52
12:55 / 22 Avqust 2026
52
12:35 / 22 Avqust 2026
55
12:34 / 22 Avqust 2026
64
12:15 / 22 Avqust 2026
65
11:59 / 22 Avqust 2026
72
11:40 / 22 Avqust 2026
87
11:25 / 22 Avqust 2026
77
11:04 / 22 Avqust 2026
79
10:54 / 22 Avqust 2026
87
10:30 / 22 Avqust 2026
82
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
77
09:30 / 22 Avqust 2026
97
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
93
09:02 / 22 Avqust 2026
89
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.