Ukrayna Samarada neft emalı zavodunu vurub
22 Avqust 2026, 13:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1126
10.04.2025, 12:55
Argentina prokurorluğu 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinə törədilən terror aktı ilə bağlı aparılan istintaqla əlaqədar İranın ali dini lideri Ayətullah Əli Xamneyinin həbsi prosesinə başlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.
“Prokuror Sebastian Basso federal hakim Daniel Rafekasdan İranın ali dini lideri Əli Hüseyni Xamenei üçün milli və beynəlxalq həbs orderi verilməsini xahiş edib”, - nəşr yazır.
Xüsusilə, Basso İran liderinin insidentdə mümkün iştirakını yoxlamaq istəyir. Lakin məqalə müəlliflərinin qeyd etdiyi kimi, belə bir tədbir Buenos-Ayreslə Tehran arasında münasibətləri xeyli pisləşdirə bilər.
Argentina Yəhudi Mədəniyyət Mərkəzində partlayış 1994-cü il iyulun 18-də Buenos-Ayresdə baş verib. Ölkə tarixində ən irimiqyaslı terror aktı 85 nəfərin ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnib.Hücuma görə günahı Livanın şiə hərəkatı Hizbullah üzərinə atıb. Ötən il aprelin 24-də Argentina beynəlxalq order verib və İranın daxili işlər naziri Əhməd Vahidinin hadisədə əli olmaqda şübhəli bilinərək həbsini tələb edib.
Nigar
13:36 / 22 Avqust 2026
70
13:34 / 22 Avqust 2026
21
13:31 / 22 Avqust 2026
25
12:55 / 22 Avqust 2026
52
12:55 / 22 Avqust 2026
52
12:35 / 22 Avqust 2026
55
12:34 / 22 Avqust 2026
64
12:15 / 22 Avqust 2026
65
11:59 / 22 Avqust 2026
72
11:40 / 22 Avqust 2026
87
11:25 / 22 Avqust 2026
77
11:04 / 22 Avqust 2026
79
10:54 / 22 Avqust 2026
87
10:30 / 22 Avqust 2026
82
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
77
09:30 / 22 Avqust 2026
97
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
93
09:02 / 22 Avqust 2026
89
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.