Putin: Ukraynanın zərbələri Rusiya ilə qarşıdurmada dönüş yaratmayıb
22 Avqust 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
537
30.03.2025, 11:26
Ukraynada atəşkəs Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya) üçün təhlükəsizlik təhdidini kəskin şəkildə artıra bilər.
Oxu24.com xəbər verir ki, bu sözləri Litva və Estoniyanın müdafiə nazirləri Dovile Şakaliene və Hanno Pevkur The Financial Times (FT) üçün müsahibə zamanı deyiblər.
Pevkurun dediyi kimi, hərbi əməliyyatların dayandırılması Rusiya Federasiyasına “öz qüvvələrini çox tez bölüşdürməyə” imkan verəcək. Nəticədə bu, Baltikyanı ölkələr üçün təhlükəsizlik riskinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
"Heç bir illüziyaya qapılmayaq. Moskva atəşkəsdən sonrakı vaxtdan hərbi imkanlarını artırmaq üçün istifadə edəcək", - Şakalen əlavə edib.
Nəşrin yazdığına görə, Baltikyanı ölkələrin hakimiyyəti qarşıdan gələn Rusiya-Belarus “Zapad” təlimlərindən çox narahatdır. Təlim 2025-ci ilin sentyabr ayına planlaşdırılıb və 13 minə yaxın hərbi qulluqçu iştirak edəcək.
Həmçinin söhbət zamanı Estoniya və Litvanın müdafiə nazirləri NATO qoşunlarının Ukraynaya gedə biləcək kontingent yaratmaq üçün öz ölkələrindən köçürülməsinə qarşı çıxış ediblər. Pevkur vurğulayıb ki, Şimali Atlantika Alyansı şərq cinahını zəiflətməyə gücü çatmaz.
Jurnalistlər qeyd ediblər ki, Rumıniya və Polşa artıq öz təhlükəsizliyinə zərər vuraraq, NATO qoşunlarının Ukrayna böhran zonasına yerləşdirilməsində iştirakdan imtina ediblər. Estoniya da öz növbəsində Britaniya qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxıb. Amma söhbət yalnız o əsgərlərdən gedir ki, onlara Baltikyanı ölkələrin təhlükəsizliyini təmin etmək tapşırılıb.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna münaqişəsinin bitmə vaxtı ilə bağlı proqnoz vermişdi.
Nigar
02:23 / 23 Avqust 2026
34
22:37 / 22 Avqust 2026
83
21:49 / 22 Avqust 2026
140
21:35 / 22 Avqust 2026
95
20:40 / 22 Avqust 2026
103
20:15 / 22 Avqust 2026
131
20:14 / 22 Avqust 2026
104
19:59 / 22 Avqust 2026
74
19:48 / 22 Avqust 2026
118
19:33 / 22 Avqust 2026
111
18:55 / 22 Avqust 2026
180
18:26 / 22 Avqust 2026
96
18:21 / 22 Avqust 2026
117
13:55 / 22 Avqust 2026
119
13:36 / 22 Avqust 2026
746
13:34 / 22 Avqust 2026
117
13:31 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
124
12:55 / 22 Avqust 2026
108
12:35 / 22 Avqust 2026
99
12:34 / 22 Avqust 2026
137
12:15 / 22 Avqust 2026
99
11:59 / 22 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.