Putin: Ukraynanın zərbələri Rusiya ilə qarşıdurmada dönüş yaratmayıb
22 Avqust 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
364
29.03.2025, 18:47
Cənub-Şərqi Asiya ərazilərində baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün bir qrup rusiyalı xilasedici və həkim Myanmaya gedib.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya xilasediciləri və həkimləri daşıyan Fövqəladə Hallar Nazirliyinin iki təyyarəsi Myanmada baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına lazımi yardım göstərmək üçün Yanqon hava limanına enib”, - deyə agentlik bildirir.
Əlavə olaraq bildirilib ki, xilasedicilər axtarış işlərinin, eləcə də dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi işlərinin aparılması üçün özləri ilə avadanlıq və alətlər gətiriblər.
Martın 28-də Myanmada iki güclü zəlzələ baş verib. Mütəxəssislərin fikrincə, yeraltı təkanların maqnitudası 7,7 və 6,4-ə çatıb. Nəticədə ölkədə evlər, yollar və digər infrastruktur obyektləri dağıdılıb. 1002 nəfər həlak olub, daha 2376 nəfər yaralanıb.
Martın 29-da Myanmanın paytaxtı yaxınlığında yeni zəlzələ baş verib.
Rusiya prezidenti Vladimir Putin başsağlığı verib və Fövqəladə Hallar Nazirliyinə lazımi yardımı göstərmək üçün Myanmaya xilasedicilərlə iki təyyarə göndərməyi tapşırıb.
Nigar
02:23 / 23 Avqust 2026
79
22:37 / 22 Avqust 2026
133
21:49 / 22 Avqust 2026
199
21:35 / 22 Avqust 2026
147
20:40 / 22 Avqust 2026
151
20:15 / 22 Avqust 2026
148
20:14 / 22 Avqust 2026
152
19:59 / 22 Avqust 2026
88
19:48 / 22 Avqust 2026
171
19:33 / 22 Avqust 2026
161
18:55 / 22 Avqust 2026
230
18:26 / 22 Avqust 2026
107
18:21 / 22 Avqust 2026
131
13:55 / 22 Avqust 2026
133
13:36 / 22 Avqust 2026
834
13:34 / 22 Avqust 2026
124
13:31 / 22 Avqust 2026
126
12:55 / 22 Avqust 2026
133
12:55 / 22 Avqust 2026
114
12:35 / 22 Avqust 2026
108
12:34 / 22 Avqust 2026
145
12:15 / 22 Avqust 2026
107
11:59 / 22 Avqust 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.