Ukraynalı parlamentarilər Azərbaycana səfər edib
19 Noyabr 2026, 14:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
531
28.03.2025, 13:09
Zəlzələdən sonra əhaliyə yardım göstərmək üçün Tailand hərbçiləri cəlb olunub.
Oxu24.com xəbər verir ki,bu barədə yerli “Nation” qəzeti məlumat yayıb.
"Ordu sözçüsü general-mayor Vinthai Suvari elan edib ki, ordu rəisi general Pana Klauplodtuk əhaliyə kömək etmək üçün ordunun təbii fəlakətdən xilasetmə mərkəzinin dərhal işə salınması barədə göstəriş verib", - məlumatda deyilir.
Müəlliflər əlavə edib ki, təcili xəstələri qəbul etmək üçün ordu xəstəxanaları hazır vəziyyətə gətirilib.
Martın 28-də Myanmada bir neçə güclü zəlzələ baş verib, onların maqnitudası Associated Press-in məlumatına görə, 7,7-yə çatıb. Təbii fəlakət nəticəsində İrravadi çayı üzərindəki körpü uçub, tarixi Mandalay sarayı qismən dağılıb.
Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda hiss olunub. Banqkokda tikintisi başa çatmamış hündürmərtəbəli binanın çökməsi nəticəsində şəhərin müxtəlif nöqtələrindən toz qatı havaya qalxıb və 40-dan çox işçi dağıntılar altında qala bilər. Həmçinin Banqkokda çoxmərtəbəli binaların sakinlərinin təxliyəsi elan edilib. Ən azı 60 işçi uçan binalardan birinin dağıntıları altında qalıb.
Taylandda hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Tailandın baş naziri Fetonqtan Şinavatra Banqkokda fövqəladə vəziyyət elan edib.
Bundan əvvəl sürücülər Banqkokda baş verən zəlzələnin nəticələrini lentə alıblar.
Miri
14:32 / 19 Noyabr 2026
1
14:26 / 19 Noyabr 2026
43
14:15 / 19 Noyabr 2026
50
14:11 / 19 Noyabr 2026
52
14:03 / 19 Noyabr 2026
88
13:53 / 19 Noyabr 2026
91
13:47 / 19 Noyabr 2026
82
13:43 / 19 Noyabr 2026
88
13:38 / 19 Noyabr 2026
90
13:34 / 19 Noyabr 2026
94
13:28 / 19 Noyabr 2026
87
13:22 / 19 Noyabr 2026
84
13:15 / 19 Noyabr 2026
96
13:09 / 19 Noyabr 2026
124
12:56 / 19 Noyabr 2026
117
12:45 / 19 Noyabr 2026
94
12:41 / 19 Noyabr 2026
124
12:27 / 19 Noyabr 2026
96
12:13 / 19 Noyabr 2026
100
12:07 / 19 Noyabr 2026
102
11:57 / 19 Noyabr 2026
113
11:45 / 19 Noyabr 2026
111
11:30 / 19 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.